Sakinlərdən Kiçik Dəhənin bələdiyyə sədrinə qarşı diqqətçəkən iddialar-FOTOLAR

Bir neçə kənd sakini Kiçik Dəhnə kənd bələdiyyəsinin sədrindən şikayətçidir.

Şəki rayonunun Kiçik Dəhnə kənd bələdiyyəsinin fəaliyyətsizliyi ilə bağlı redkasiymıza məlumatlar daxil olub. Məlumatları elektron poçtumuza və qaynar xəttimizə adının çəkilməsini istəməyən 3 nəfər kənd sakini göndərib.Şikayətçilər ona görə adlarının çəkilməsini istəmirlər ki,həm bələdiyyə sədrinin Rusiyadakı və buradakı qardaşlarından, həm də sədr Əlvida Calalovdan qorxurlar.Çünki onlar hər an döyülə və şərlənə bilərlər.Bunu biz yox, kənd sakinləri özləri yazıblar.

Kənd ərazisindən çəkdikləri fotoları redaksiyamıza göndərən sakinlər iddia edirlər ki, kənd bələdiyyəsinin sədri Əlivida Calalov kəndin az qala bütün yararlı torpaqlarını, eyni zamanda sakinlərin mal-qarasının otlaq sahələrini müxtəlif yollarla ələ keçirib və orada taxıl əkdirir, milyonlar qazanır.Özü demiş, lazımi qurumların da haqqını verir, yuxarılarda da bunun çoxlu vəzifəli himayədarları var.Bu “arxalar” həm Şəki rayon İcra Hakimiyyətinin başçısı, həm də Bakıdakı bir neçə yüksək vəzifəlilərdir.

İllərdir suszuluqdan əziyyət çəkən kəndə gələn arx suyu kəndlilərə satılır.Bəli,torpaqdan axıb gələn su.Hansı ki,nə su mühərrikindən, nə də elektirik enerjisindən istifadə olunmur. Arx suyunun borusu isə lap Somalini xatırladır.

Sakinlər onu deyir ki,artıq oliqarxa çevrilmiş bələdiyyə sədri kəndin dədə-babadan qalma dən dəyirmanını da özünüküləşdirib. Hətta öz taxılını yığmaq üçün böyük anbar da inşa etdirib.

Kəndin keçmiş tütün məntəqəsini də başqa adamın özləşdirməsinə imkan verməyib.Onu isə qardaşınına xüsusiləşdirib və yerində Şadlıq evi tikdirib.

Narazı kənd sakinlərin digər iddiası isə kifayət qədər ciddi məsələlərdən xəbər verir və bunun hüquqi baxımdan araşdırılması qaçılmazdır. Onların bildirdiyinə görə kənddə suya, artezian quyularının qazılmasına ciddi ehtiyac olduğu halda dəyəri milyon manatla ölçülən məscid tikdirilir. Hansı ki,onun pulları Rusiyada yaşayan kənd sakinlərindən sədrin qardaşı “Dəhnə Elçin” və onun admalarının hədə-qorxusu ilə məcbur  toplanır.

Şikayətçilərin yazdıqlarına görə kənd sakinlərini qorxu altında saxlayan Bələdiyyə sədri kəndin girəcəyindəki torpaq sahəsini də qardaşı oğlunun adına xüsusiləşdirib.

Kəndin tam baş hissəsi,eyni zamanda sel arxı zibilxanaya döndərilib və ərazidə ciddi anti-sanitar vəziyyət höküm sürür.Özü də COP29 kimi bir mötəbər tədbir ərəfəsində.Küləkli havada isə həmin tullantılar kəndin ərazisinə səpələnir,insanların sağlamlığına zərər vurur. Həmçinin yagıntılı havalarda sel sözügedən arxdakı bütün zibilləri yenidən kəndin içinə və sakinlərin həyətinə doldurur.

Sakinlər deyir ki, bələdiyyə sədrinin təbiətə,ətraf mühitə ziyan vurması zibillik ərazilərlə bitmir. Belə ki, o taxıl sahələrinin ətrafını 2-2,5 metr dərinliyində quyular, arxlar qazırmaqla yararlı torpaqların şirəsinin yuyulmasına bais olur.

            

Bir vaxtlar bütün sakinlərin üz tutduğu keçmiş “Kloxozçular bazarı” da bələdiyyə sədri tərəfindən özünə yaxın bir neçə nəfərə satılıb.

Şikayətçilərin başqa bir iddiası isə bələdiyyə sədrinin kəndin “el yolu”nu bağlamasıdır ki, bu da sakinlərin yolunu xeyli uzadır.Belə ki,Əlvida Calalov evinin arxa hissəsindən keçən yolu dəmir məhəccərlə bağlayıb və bununla da sakinlərin yolu bağlanıb və onlar kəndin digər hissəsinə,digər küçəsinə keçmək üçün uzun məsafə qət etməli olurlar.

Biz də redaksiya olaraq barəsində iddialar səsləndirilən Kiçik Dəhnə kənd bələdiyyəsinin sədri Əlvida Calalovun mövqeyini öyrənmək istədik.Amma onun bizdə olan nömrəsinə zəng çatmadı.bütün hallarda bələdiyyəs sədrinin mövqeyini və açıqlamasını dərc etməyə hazırıq.

Qeyd edək ki, Şəki rayonunun Kiçik Dəhnə kənd bələdiyyəsinin sədri Əlvida Calalovun adı bu günə qədər bir sıra qalmaqallı məsələlərdə hallanıb.

P.S. Maraqlıdır,görəsən bu payız keçiriləcək növbəti bələdiyyə seçkilərində Kiçik Dəhnə sakinləri kimi özlərinə bələdiyyə seçəcəklər? Yoxsa,yenə icra başçısı Elxan Usubovun siyahısı keçərli olacaq?

İnformasiya şöbəsi

Comments (0)
Add Comment