Gülövşə kəndində deputatların iştirakı ilə abidə kompleksinin açılış mərasimi keçirilib-FOTO

Yevlax rayonnun Gülövşə kəndində Şəhidlərin əziz xatirəsi üçün hazırlanmış abidə kompleksinin açılış mərasimi keçirilib.
Azbelediyye.az “Kanal32”yə istinadən  xəbər verir ki, öncə Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilb, sonra dövlət himni səsləndirilib. Abidə önünə tər çiçəklər düzülüb, Şəhidlərin ruhuna dualar oxunub.
Mərasimdə Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Milli Məclisin deputatı İlham Məmmədov,
Yevlax şəhər İcra Hakimiyyəti başçısının müavini İlqar Hüseynov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Yeni Azərbaycan Partiyasının Yevlax Rayon təşkilatının sədri Rafiq Əliyev, Vətən müharibəsi iştirakçıları, hərbiçilər və qazilər, media mənsubları, Yevlax rayonun mədəniyyət işçiləri, Şəhid ailələrinin,qazilərin ailə həkimi Eldar Kərimov və kənd sakinləri iştirak ediblər.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı İlham Məmmədov qeyd etdi ki, Ümummilli liderimizin azərbaycançılıq ideyası özünün yenilməz gücünü Vətən müharibəsində bir daha nümayiş etdirdi. Azərbaycanda mehriban qonşuluq və dostluq şəraitində yaşayan müxtəlif millətlərin nümayəndələri dəmir yumruq kimi birləşərək, Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə düşməni məğlub etdilər. Möhtəşəm Zəfərin rəhni olan bu birlik və həmrəylik müstəqil dövlətimizin güc və qüdrət mənbəyidir. Bu gün Şəhidlərimizin xatirəsinə həsr olunmuş Abidə kompleksinin açılış mərasimində iştirak etmək qürurvericidir. Azərbaycan xalqı, dövləti var olduqca Şəhidlərimizin əziz xatirəsi ucadan-uca tutulacaq, daim anılacaqdır.
Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli çıxışnda bildirib ki,məhz belə bir abidənin məktəbin həyətində inşaa edilməsi ideoloji baxımdan çox mühüm əhəmiyyət kəsb edir. Bu abidə kompleksi gələcəyimiz olan şagirdlərin vətənpərvər ruhda yetişdirilməsində məktəb rolunu oynayacaq.
Kənd məktəbinin Uşaq Birliyinin rəhbəri Təranə Yusibovanın hazırladığı tədbirdə məktəb şagirdlərinin təqdimatındakı kompazisiyalar, səslənən şeirlər  duyğusal anlarla yadda qalıb.
Qeyd edək ki, Şəhid Vasif Mövsümöv adına Gülövşə kənd tam orta məktəbinin həyətində hazırlanan abidə kompleksind kəndin II Dünya ünya müharibəsi iştirakçılarının siyahısı, I Qarabağ müharibəsi zamanı həyatını itirən kəndin şəhidləri, 20 yanvar, Xocalı faciələrini əks etdirən löhvələrlə yanaşı, Vətən müharibəsi zamanı şəhid olan Əsgər İsmayılzadə, Kəlbəcər rayonunun Ömər Aşırımında şəhadətə yüksələn Anar Cəfərov və Sentyabr hadisələri zamanı Şəhid olmuş Təbriz Rəhimovun xatirəsinə ucaldılan abidə Gülövşə kənd camaatının təşəbbüssü ilə hazırlanıb.
Tədbirdən sonra kənd sakinləri tərəfindən ehsan süfrəsi verilib.
    
    
       
     
KANAL32.AZ
Gülövşə kəndində deputatların iştirakı ilə abidə kompleksinin açılış mərasimi keçirilib-FOTO
Comments (0)
Add Comment