Hindistanlı müsəlman: “…Evim dini mənsubiyyətimə görə qanunsuz olaraq sökülüb…”

Gənc müsəlman fəalın evi, atasının islam əleyhinə olan çıxışlara rəhbərlik etməsindən narazı qalan hökümət nümayəndələrinin onu həbs etdirdikdən sonra sökülüb.

Yeni Dehli, Hindistan.  Hindistanın şimalındakı Uttar Pradeş əyalətində səlahiyyətlilər tərəfindən evi buldozerlə dağıdılan gənc müsəlman fəal deyir ki, bu, ölkə rəsmilərinin, sağçı iqtidar partiyasının Məhəmməd Peyğəmbərə (SAS) qarşı səsləndirdiyi şərhlərə etirazlara görə hökumət tərəfindən “qisasçılıq aktı”dır… Bazar günü Uttar Pradeş ştatının Prayaqrac şəhərinin səlahiyyətliləri böyük bir polis dəstəsi ilə hücum edərək gənc müsəlmanın evini söküblər.

Bir neçə saat ərzində ikimərtəbəli bina dağıntılara çevrildi və onun əşyaları – mebel, kitablar və fotoşəkillər evin yanındakı boş sahəyə atıldı. Onların arasında “Haqsızlıq qanuna çevrildikdə, müqavimət vəzifəyə çevrilir” sözləri yazılmış plakat da var idi.

Sökülmə Hindistan müsəlmanlarının bu ayın əvvəlində baş nazir Narendra Modinin Bharatiya Janata Partiyasının (BJP) iki üzvünün İslam əleyhinə çıxışlarına qarşı bir neçə gün davam edən etiraz aksiyalarından sonra baş verib və bu Nyu Dehliyə qarşı diplomatik səviyyədə təpkilərə səbəb olub.

azbelediyye.az

Comments (0)
Add Comment