“İqlim dəyişikliyi sahəsində terminoloji lüğətin hazırlanması” layihəyəsi çərçivəsində görüş keçirilib-FOTO

“İqlim dəyişikliyi sahəsində terminoloji lüğətin hazırlanması” layihəyəsi çərçivəsində yeni nəşr olunan lüğət kitabı ictimaiyyətə təqdim olunub

Azbelediyye.az-a verilən məlumata görə “Eko-TES” Ekoloji Tədqiqatlar və Maarifçilik İctimai Birliyi  Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə  Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “ İqlim dəyişikliyi sahəsində terminoloji lüğətin hazırlanması”  layihəyəsi çərçivəsində media və ictimaiyyət nümayəndələrinin iştirakı ilə görüş keçirib.

Görüşü layihə rəhbəri-“Eko-TES” Ekoloji Tədqiqatlar və Maarifçilik İctimai Birliyinin sədri Çingiz Nəzərov açıb.O bildirib ki, layihənin əsas məqsədi iqlim dəyişmələri sahəsində informasiyaların daha əlçatan olmasını təmin etmək məqsədi ilə Terminoloji lüğətin hazırlanmasıdır. Kitab artıq nəşr olunub və bu gündən pulsuz olaraq ictimaiyyətə təqdim olunur. Layihə rəhbəri onu da vurğulayıb ki, layihənin icra müddəti ərzində məqsədlərimizdən biri də iqlim dəyişmələri,ətraf mühitin qorunması, ekoloji problemlər və bu qəbildən olan fəaliyyətlərlə məşğul olan hökumət qurumları,QHT-lər və maraqlı şəxslər arasında elmi əməkdaşlığın təşviqinə nail olmaqdır.

Çıxış edən telejurnalist İnqilab Şirinli iqlim dəyişmələri sahəsində elmi məlumatların daha çox ingilis dilində olmasına diqqət çəkərək bildirib ki,bütün bunların fonunda layihə çərçivəsində hazırlanan lüğətin nə dərcədə əhəmiyyətli olması ön plana çıxır. Bu da nəticə etibarı ilə ixtisaslaşmış QHT-lərə,mütəxəssislərin iqlim dəyişmələri ilə bağlı elmi informasiyaları əldə etməsinə, xarici elmi ədəbiyyatlara çıxış imkanlarını daha da asanlaşdırıacaq.

Digər çıxış edənlər-ictimai fəal,təqaüdüçü Cəfər İsmayıloğlu, “Azərbaycan Bələdiyyəsi” onlayın qəzetinin xüsusi müxbiri İxtiyar Həsənli,junrnalist Esmira Hidayətova və başqaları layihənin günün tələblərinə cavab verdiyini,ekeoloji sahədə maarifləndirmə və informasiya təminatı baxımından “Terminaloji lüğət”in mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.

Qeyd edək ki, icra müddəti 4 ayı əhatə edən layihə çərçivəsində “Terminoloji lügət” kitabı ilə  yanaşı İqlim dəyişmələri ilə bağlı 1 televiziya verilişi də çəkilib. Veriliş(“ZamAnında”) EL TV və Kanal S televiziyalarında yayımlanıb.

Azər Səfərli

Comments (0)
Add Comment