İraqda xüsusi əməliyyat zamanı İŞİD terrorçuları yaxalanıb

İraqın təhlükəsizlik qüvvələrinin Kərkük əyalətinin cənubunda İŞİD terror təşkilatına qarşı genişmiqyaslı əməliyyatı zamanı 4 silahlı saxlanılıb.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, əməliyyat Havicə çölündə həyata keçirilib,

Qeyd edək ki, İŞİD 2014-cü ildə İraqın Mosul, Səlahəddin və Ənbar, həmçinin Diyalə və Kərkük vilayətlərinin bir qismini ələ keçirib və bu bölgələr illər ərzində təşkilatdan geri alınıb.

Keçmiş baş nazir Heydər əl-Abadi 2017-ci il dekabrın 9-da İŞİD üzərində qələbəni elan edib.

İraqın İŞİD-dən təmizlənməsindən 4 ildən çox vaxt keçməsinə baxmayaraq, kənd yerlərində təşkilatın hücumları davam edir.



[ad_2]

Comments (0)
Add Comment