İsveçdə YPG/PKK tərəfdarları höküməti təhdid edir

İsveçdə terror təşkilatı YPG/PKK tərəfdarı olan müstəqil deputat Amine Kakabave Türkiyənin Suriyada antiterror əməliyyat keçirməsindən narahatdırlar.

Demoscope sorğu şirkəti tərəfindən aparılan araşdırma, İsveçli sağ seçicilərin Ədliyyə və Daxili işlər naziri Morqan Yohanssonla bağlı iyunun 7-də parlamentdə keçirilən etimadsızlıq səsverməsinə müdaxilənin düzgün olmadığı qənaətindədirlər. İsveç və Türkiyə arasında NATO-ya üzvlük danışıqlarını qarışdırmağın səhv olduğunu və bu prosesdə Kakabavenin siyasətə qarışmasının təsirindən narazı olduğunu göstərilib.

Demoscope-nin Baş direktoru Karin Nelsson “Aftonbladet” qəzetinə verdiyi açıqlamada, İsveçdə müxalif sağ partiyaların seçkilərə üç ay qalmış Yohanssonla bağlı etimadsızlıq məsələsinin qaldırılmasının çox məyusedici olduğunu bildirib.

Kakabavenin parlamentdəki səsvermədəki həlledici rolu, sağçı seçicilərin narahatlıqlarının artırdığına səbəb olub. Nelsson: “NATO müzakirələrinin Yohanssona qarşı etimadsızlıq məsələsi ilə gündəmə gəlməsi sağçı seçiciləri çox narahat edir. Kakabave isə burada həlledici idi”. ifadələrdən istifadə etmişdir.

Nelsson bildirib ki, sağçı seçicilər arasında Kakabavenin mövqeyinin Türkiyə ilə NATO-ya üzvlük danışıqlarına mənfi təsir edəcəyindən böyük qorxu var.

Yohanssona qarşı etimadsızlıq təklifinin kritik bir zamanda, İsveç xalqının ümumiyyətlə siyasətə olan inamının azaldığını ifadə edən, Nelsson: “Qütbləşmə dərinləşir, İsveç xalqı arasında ilk dəfə olaraq hisslərini açıq şəkildə ifadə edənlərin şahidi oldum. Bu məni təəccübləndirsə də, siyasətə inam 35 faizə düşüb”, – deyə o bildirib.

Parlamentdəki sağçı partiyalar quldur dəstələrinin son illərdə artan silahlı qarşıdurmalarının qarşısını ala bilmədiyinə görə, iyunun 2-də Ədliyyə və Daxili işlər naziri Yohanssona qarşı etimadsızlıq təklifi təqdim ediblər.

Kakabave  5 gün ərzində 3 dəfə fikrini dəyişərək sonda hökuməti dəstəkləməyəcəyini deyərək təhdid etmişdir.

İsveç mətbuatı Kakabavenin “SDG” adından istifadə edən YPG/PKK-nın liderlərindən biri İlham Əhmədin son dəqiqə əmri ilə fikrini dəyişdiyini və Yohanssonun tərəfinə keçdiyini yazıb.

Kakabave 2019-cu ildə, İslam əleyhinə olduğu üçün Sol Partiyadan xaric edilmişti.

Sol Partiyasının Baş katibi Aron Etzler Kakabavenin İslam əleyhinə çıxışlarının partiyanın siyasətinə böyük zərbə vurduğuna görə onun partiya ilə əlaqələrini kəsmək qərarına gəldiklərini bildirib.

Vahidov Qurban. Araşdırmaçı – analitik

Comments (0)
Add Comment