Mingəçevir bələdiyyəsi “Konstitusiya və Suverenlik İli” ilə bağlı dəyirmi masa keçirib-FOTO

Mingəçevir Şəhər Bələdiyyəsi “Konstitusiya və Suverenlik” ili çərçivısində tədbir keçirib.
Azbelediyye.az-a verilən məlumata görə Mingəçevir bələdiyyəsinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili”nə həsr edilmiş “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Konstitusiyanın əhəmiyyəti, dövlət suverenliyinin möhkəmləndirilməsi, vətəndaş məsuliyyəti mövzularına toxunuldu. Çıxışlarda gənclərin cəmiyyətin inkişafındakı rolu, hüquqi maarifləndirmə və yerli özünüidarədə fəallığın artırılması xüsusi vurğulanıb.
Tədbirdə Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov, Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, Mingəçevir şəhər İcra Hakimiyyətinin baş məsləhətçisi Xanlar Qurbanov, bələdiyyənin Sosial və iqtisadi inkişaf” şöbəsinin müdiri Zahid Qasımlı, bələdiyyənin “Gənclərlə iş və idman” komissiyasının sədri Gültəkin Nəzərova mövzuyla əlaqədar çıxış ediblər.
Sonda suverenliyimizin qorunmasi uğrunda birgə əməkdaşlıq və təşəbbüslərin davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb
Mingəçevir Bələdiyyəsi olaraq, hüquqi dəyərlərə əsaslanan, vətəndaş iştirakı ilə güclənən bir cəmiyyət qurmaqda israrlıyıq.
 
“Azərbaycan Bələdiyyəsi”
Comments (0)
Add Comment