Mingəçevir bələdiyyəsi MDU-da “Bələdiyyə könüllülüyü haqqında infosessiya” keçirib-FOTO

Mingəçevir şəhər Bələdiyyəsi tərəfindən Mingəçevir Dövlət Universitetində “Bələdiyyə könüllülüyü haqqında infosessiya” keçirilmişdir.
Tədbirdə İqtisadiyyat və idarəetmə fakültəsinin dekan əvəzi dos Nüşabə Qədimli, Biznes və menecment kafedrasının müdiri dos Emiliya Hüseynova, Mingəçevir Bələdiyyəsinin sədr müavini Ədalət Quliyeva, Bələdiyyənin Gənclərlə iş və idman komissiyasının sədri Gültəkin Nəzərova, Bələdiyyənin Sosial və iqtisadi inkişaf şöbəsinin müdiri Zahid Qasımlı, eyni zamanda Biznes və menecment kafedrasının bir qrup əməkdaşı və Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə müxtəlif kurslarda təhsil alan tələbələr iştirak edib.
Giriş sözü ilə çıxış edən fakültə dekanı əvəzi dos Nüşabə Qədimli bildirdi ki, Mingəçevir Bələdiyyəsi ilə Mingəçevir Dövlət Universiteti arasında sıx əlaqəlar mövcuddur. Bu sıx əlaqə çərçivəsində, Dövlət və bələdiyyə idarəetməsi ixtisasında təhsil alan tələbələr istehsalat təcrübəsində iştirak edirlər. O, infosessiyada iştirak edən tələbələrə üzünü tutaraq bələdiyyənin ictimai həyatında aktiv rol oynamalarını vurğuladı.
Daha sonra çıxış edən kafedra müdiri dos Emiliya Hüseynova qeyd etdi ki, kafedrada təhkim olunan Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə müasir bələdiyyələrin tələblərinə uyğun kadr hazırlığı aparılır, fənn proqramları, materiallar çağırışlara tam cavab verir. O, həmçinin qeyd etdi ki, Dövlət və bələdiyyə idarəetməsi ixtisasında təhsil alan tələbələr həm akademik həm də ictimai nailiyyətləri ilə daim seçilirlər. Həmçinin təşkil olunan infosessiyanın gələcəkdə həyata keçiriləcək fəaliyyətlərin təməlini təşkil edəcəyini bildirdi.
 
Mingəçevir Bələdiyyəsinin sədr müavini Ədalət Quliyeva çıxış edərək ölkəmizdə gənclərə xüsusi diqqət və qayğının olduğunu bildirdi. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən gənclər siyasətinin uğurlarından bəhs edərək, bu siyasətin yerlərdə həyata keçirilməsində bələdiyyələrin rolunu vurğuladı. Mingəçevir Bələdiyyəsinin yalnız idarəedici qurum deyil, eyni zamanda gənclər üçün tərəfdaş platforma olduğunu vurğuladı, gənclərin, tələbələrin bələdiyyədəki proseslərin izləyicisi yox iştirakçısı olmasını qeyd etdi.
Sosial və iqtisadi inkişaf şöbəsinin müdiri Zahid Qasımlı “Bələdiyyə könüllüləri” proqramının məqsəd və vəzifələrindən, gələcəkdə iş həyatında tələbələrə verəcəyi faydalardan, yaşadıqları şəhərdə həyata keçiriləcək fəaliyyətlərə göstəriləcək dəstəkdən, vətəndaş cəmiyyətinin inkişafında töhvədən bəhs etdi.
Bələdiyyənin Gənclərlə iş və idman komissiyasının sədri Gültəkin Nəzərova isə proqrama müraciət qaydaları, həyata keçiriləcək layihələr haqqında ətraflı məlumatla çıxış etdi və MDU tələbələrinin sinerjisindən daim öz üzərində çalışmaqlarından bəhs etdi.
Sonda kafedranın əməkdaşları və tələbələri proqramla bağlı müxtəlif səpgili suallar və təkliflər irəli sürdülər.
Qeyd edək ki, “Bələdiyyə könüllülüyü” proqramı haqqında infosessiya bundan sonra da universitetin digər ixtisaslarında təhsil alan tələbələrlə davam etdiriləcəkdir.
Mingəçevir bələdiyyəsi MDU-da “Bələdiyyə könüllülüyü haqqında infosessiya” keçirib-FOTO
Comments (0)
Add Comment