Mingəçevir bələdiyyəsi qəbirstanlıqlara necə xidmət edir?-FOTOLAR

Bələdiyyənin balansında olan qəbiristanlıqlarda təmizlik işləri davam edir.
Azbelediyye.az xəbər verir ki,Mingəçevir kənd qəbiristanlığında və Sağ Sahil (“Əli”) qəbiristanlığında ot çalımı aparılır, qəbirlərarası yollar təmizlənir, məzar daşları səliqəyə salınır. Bəzən sosial şəbəkələrdə Mingəçevirin qəbirstanlıqlarında təmizlik işlərinin görülmədiyi ilə bağlı xəbərlər yayılıb .Biz də həmin görüntülərlə bağlı şəhərin qəbirstanlığında olduq. Mövsümlə əlaqədar olaraq ərazidə ot alaq çoxalmışdır. Buna baxmayaraq işçilər tərəfindən otlar biçilib,qəbirlərarası yollar təmizlənib,səliqə səhman yaradılıb.
Əli qəbirstanlıında olan molla Tofiq Qasımov deyir ki,onlar həmişə burda olurlar. Məzarlıq təmizlənir amma ölü yiyələri qəbirlərin üstündəki köhnəlmiş gülləri ətrafa atirlar.Buna baxmayaraq yenə buranın işçiləri təmizləyir. Mingəçevir kənd qəbirstanlığının işçiləri,mollalardeyir ki,hər gün burda olurlar,səliqə səhman işləri aparılır.
Mingəçevir bələdiyyəsi qəbirstanlıqların idarə olunması və saxlanılması şöbəsinin müdiri Rafael Məmmədov ərazidə aparılan işlərlə bağlı məlumat verib.Bildirib ki,mütamadi olaraq otlar biçilir qəbirlərarası təmizlənir. İstəyirik ki,ölü yiyələri də səliqə səhmana rəayət etsinlər.
Mingəçevir Şəhər Bələdiyyəsinin mövqeyinə gəlincə isə..Ətraflı videomaterialda:
Esmira Hidayətova
Comments (0)
Add Comment