Mingəçevir Bələdiyyəsi şəhər ağsaqqalları ilə görüş keçirib-FOTO

Mingəçevir bələdiyyəsində şəhər Ağsaqqalları ilə önəmli bir görüş keçirilib.
Azbelediyye.az-a verilən məlumata görə Bələdiyyə sədri Anar İsmayılov səmimi görüşü giriş sözü ilə açaraq deyib ki, şəhərimizin mədəni-ictimai həyatında, gənc nəslin formalaşmasında, inkişafında ağsaqqallar həmişə əhəmiyyətli rol oynayıblar.
Görüşdə vurğulanıb ki, ağsaqqallar  gənclərə örnək olmaqla yanaşı, ictimai-siyasi işlərdə də fəal iştirak edirlər. Ağsaqqallara olan ehtiyacımız daimdir. Ulu Öndər Heydər Əliyevin respublika ağsaqqallarına göstərdiyi diqqət və qayğı, hazırda Cənab Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir.
Anar İsmayılov Mingəçevir bələdiyyəsinin yerli idarəçilik orqanı olaraq, müxtəlif idarə və təşkilatlarda rəhbər vəzifələrdə işləmiş ağsaqqalların təcrübəsindən yararlanmağı fəaliyyətlərinin əsas istiqamətlərindən biri kimi təqdim etdi. O, bu səbəbdən ağsaqqallarla dialoq qurmağın zəruriliyini diqqətə çatdırıb.
Ağsaqqallar Şurasının sədri Mustafa Muradov, görüş üçün təşəkkürünü bildirərək, yeni seçilmiş bələdiyyə sədri və üzvlərini təbrik etdi. “Ağsaqqalların məsləhətlərini dinləmək, onların təklif və rəylərini qiymətləndirmək hər işə fayda verər,” – deyərək fikirlərini açıqladı.
Görüşdə iştirak edən Ağsaqqallar Şurasının üzvləri, Adil İsmayılov, Adil Kərimov, Asif Məmmədov, Allahverdi Alıyev və Məzahir Sədiyev şəhərin inkişafı və gözəlləşməsi üçün təkliflərini irəli sürərək və problemlərin həlli yolları barədə fikirlərini bölüşdülər.
Görüş iştirakçıları bələdiyyənin təşkil etdiyi tədbirlərdə ağsaqqalların iştirakı barədə ümumi rəyə gəliblər.
Sonda bələdiyyənin inzibati binasının qarşısında xatirə şəkli çəkdirilib.
 
Mingəçevir Bələdiyyəsi şəhər ağsaqqalları ilə görüş keçirib-FOTO
Comments (0)
Add Comment