Mingəçevir Dövlət Dram Teatrı Bakı şəhərində qastrolda olub-FOTO

Mingəçevir Dövlət Dram Teatrı Bakı şəhərində qastrolda olub.

Azbelediyye.az-a verilən məlumata görə,plana uyğun olaraq Mingəçevir Dövlət Dram Teatrının bir sıra aktyorlarının iştirakı ilə ” Aktyor Evi “ndə yazıçı, dramtruq Əli Əmirlinin ” Varlı Qadın” pyesi əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunub.

Rəngarəng tərtibat və geyimi, cəlbedici rejissor yozumu, baxımlı aktyor oyun ilə seçilən tamaşa, auditoriya tərəfindən böyük rəğbətlə qarşılanıb.

Qeyd edək ki,tamaşanın rejissoru Xalq artisti Valeh Kərimovdur.

Mingəçevir Dövlət Dram Teatrı Bakı şəhərində qastrolda olub-FOTO
Comments (0)
Add Comment