Mingəçevirdə üçqat Azərbaycan çempionu finala getməyə pul tapmır-VİDEO

Futbol üzrə Həvəskarlar Liqasında çıxış edən üçqat Azərbaycan çempionu Mingəçevirin “Ulduz” komandası respublika finalına getməyə pul tapmır.

Azərbaycanın bir sıra regionları var ki, həmin bölgələr futbol ənənələri baxımından zəngin tarixə malikdir. Doğrudur, müxtəlif səbəblərdən həmin coğrafiyalarda hazırda keçmiş ənənələrlə müasir futbol əlaqələrinin qırıldığının, çat verdiyinin şahidi oluruq. Mingəçevir isə məhz o şəhərlərdəndir ki, bu günədək həm futbol ənələrini qoruyub, həm də idmanın bu çox sevilən sahəsinin yeni mərhələdə inkişafını təmin etdirmək üçün potensialını möhkəmləndirib. Şəhərdə peşəkar futbolun inkişafı üçün zəruri olan yetərli infrastrukturlar mövcuddur.

Mingəçevirdə futbol ənənələrinin inkişafı ötən əsrin 60-70 ci illərinə təsadüf edir. Lakin son zamanlar futbola olan dəstək azalıb desək yanılmarıq. Əvvəllər bu komandaya Mingəçevir Turizm Kollecinin rəhbərliyi sponsorluq edib.İndi Futbol üzrə Həvəskarlar Liqasında çıxış edən üçqat Azərbaycan çempionu Respublika Finalına getməyə pul tapmır.

32 komandanın iştirakı ilə ənənəvi olaraq keçirilən Həvəskarlar Liqasının final oyunu iyul ayının 28_də Şirvan şəhərində keçiriləcək. Finalda iştirak edəcək Mingəçevirin”Ulduz” komandasının baş məşqçisi , respublikanım əməkdar məşqçisi Ənvər Nəsibovun və komanda rəsmilərindən biri və Zəfər Yürüşünün iştirakçısı olan Namiq İbrahimlinin verdiyi məlumata görə finaladək təmsil etdikləri üçqat Azərbaycan çempionu olan “Ulduz”komandası heç bir sponsor dəstəyindən istifadə etməyib, yalnız komanda üzvlərinin vaxtaşırı topladıqları şəxsi vəsaitlər hesabına hansısa yarışlara qatılıb, nəqliyyat və qida xərclərini qarşılamaq məcburiyyətində qalıb.

Ətraflı videoda:

 

Təəssüf doğuran əsas məqam isə odur ki, komanda 2 gün sonra Şirvan şəhərində keçiriləcək Həvəskarlar Liqası finalına getməyə pul tapmır və sadə vətəndaşlar daxil, şəhərin imkanlı şəxslərindən dəstək umur.

Qeyd edək ki, komandaya vaxtilə keçmiş İttifaqda “Ulduz” komandasını Sevinc Kubokunun mötəbər mükafatlarından birini qazandırmış əməkdar məşqçi Ənvər Nəsibov rəhbərlik edir.

 

 

Esmira Hidayətova

Kanal32.az

 

Comments (0)
Add Comment