Mingəçevirli Rusiyada deputat köməkçisi oldu-FOTO

Əslən Mingəçevirdən olan Emin Mehdiyev Rusiya Federasiyasının Stravropol diyarının Neftekumosk Bələdiyyə dairə dumasının deputatı Sergey Yarovqonun köməkçisi təyin olunub.

Məlumat üçün bildirək ki, Mehdiyev Emin Həsən oğlu 7 sentyabr 1981-ci ildə Mingəçevir şəhərinin “Tərəvəzçilik” yaşayış massivində doğulub. Orta təhsilini Mingəçevirin 5 və 8 №-li tam orta məktəblərində alıb. 1998-ci ildə dövlət statuslu San-Marino Beynəlxalq Elmələr Akademiyası Akademik Mərkəzinin Azərbaycan filialının Tarix fakültəsinə daxil olub. Sonra təhsilini Azərbaycan Müəllimlər İnsititunun Mingəçevir filialınında davam etdirib və 2002-ci ildə həmin ali təhsil ocağının Tarix fakültəsini bitirib. Tələbəlik illərində aktiv ictimai fəaliyyəti ilə diqqət çəkib və estrada janrında bir sıra mahnıların müəllifi olub. 2002-2003-cü illərdə döyüş bölgəsindəki “N” saylı hərbi hissədə hərbi xidmət keçib.

Əmək faəliyyətinə 2004-cü ilə Litva Respublikasında başlayıb və 2006-cı illə qədər orada biznes fəaliyyəti ilə məşğul olub. 2006-cı ildən indiyədək biznes fəaliyyətini Rusiya Federasiyasında davam etdirir. O, bu müddət ərzində İT sahəsində ikinci ali təhsilini alıb. Eyni zamanda Stravropol diyarının Neftekumosk şəhərində diaspor fəaliyyətinin aktiv iştirakçılarından biridir. Orada yaşayan həmyerlilərimizlə mütəmadi görüşlər keçirən Emin Mehdiyev onlara imkanları daxilində kömək göstərir, yerli adminstrasiya ilə əlaqələrinin qurulmasına yardımçı olur.

Emin Mehdiyevin diqqətçəkən fəaliyyətlərindən biri yaşadığı regionda azərbaycanlı gənclərin radikal dini məhzəblərdən,xüsusən də Stravropolda aktiv olan irançılardan uzaq tutmaq üçün apardığı işlədir.

Qeyd edək ki,  Emin Mehdiyev ailəlidir,iki oğlu var, valideynləri isə təqaüdçüdür və Mingəçevir şəhərininin Tərəvzçilik massivində yaşayır.

Mingəçevirli Rusiyada deputat köməkçisi oldu-FOTO
Comments (0)
Add Comment