“Neftçi” klubu Bakıda “Rapid”i məğlub edib

Bakı, 4 avqust, AZƏRTAC

Bakının “Neftçi” futbol klubu UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsində qələbə qazanıb.

AZƏRTAC xəbər verir ki, baş məşqçi Laurentsiu Regekampfın komandası Bakıda Avstriyanın “Rapid” (Vyana) klubunu qəbul edib.

Xorvatiyalı FIFA referisi Dario Belin idarə etdiyi matçda “Neftçi” rəqibini 2:1 hesabı ilə məğlub edib. Bakı təmsilçisinin heyətində Ataa Caber və Kenni Sayef fərqləniblər. Rəqib komandanın qolunu isə Qvido Burqştaller vurub.

Komandalar arasında cavab oyunu bir həftə sonra Avstriyada keçiriləcək.

Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində “Konyaspor” (Türkiyə) – “Vaduts” (Lixtenşteyn) cütünün güclüsü ilə qarşılaşacaq.

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

[ad_2]

Comments (0)
Add Comment