Qırğızıstan Prezidenti Nüsrət Məmmədovu ali ordenlə təltif edib-VİDEO

Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov Qırğız dövlətinin ali “DOSTUK” ordeninə layiq görülüb..

Azbelediyye.az Kanal32.az-a istinadla xəbər verir ki,Bişkəkdə (Qırğızıstan) yerləşən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun uzun müddət yorulmadan Orta Asiya ölkələrində Azərbaycanın mədəniyyəti, tarixi, eləcə də azərbaycanlıların Ümummilli lideri Heydər Əliyevin müqəddəs irsini təbliğ edən prezidenti Nüsrət Məmmədov Qırğızı Respublikasının ali “DOSTUK” ordeni ilə təltif olunub.

Qırğız Respublikasının Prezidenti Sadır Japarov avqustun 31-də Qara-Qırğız Muxtar Vilayətinin yaranmasının 100 illiyi və Qırğız Respublikasının Müstəqillik Günü ilə əlaqədar ölkə və xalq qarşısında yüksək fəaliyyətlərinə görə ali dövlət fərqlənmə nişanları ilə təltif olunan şəxslərə dövlət mükafatları təqdim edib.

Baş tutan mərasim Qırğızıstan Respublikası Prezidenti Administrasiyasının yeni “Intımak Ordo” binasında keçirilən ən birinci rəsmi tədbir idi. Dövlət Başçısı öz çıxışında dövlət mükafatına layiq görülmüş şəxslərin önündə çıxış edib. O, deyib: “Hörmətli həmvətənlər! Əziz mükafat sahibləri! Bu gün müqəddəs dövlətçiliyimizin və qazandığımız bütün uğurların şərəfini ucaldaraq, xaqlımızın böyük bayramını – Qırğızıstanın Müstəqillik Gününü qeyd edirik. Sizlə irəli getməyə, həmçinin birlikdə tərəqqiyə və inkişafa doğru qətiyyətimizə şahidlik etmək arzusu ilə inşa olunmuş “Intımak Ordo” binasında dövlət mükafatlarını təqdimetmə mərasimində görüşməyimizə çox şadam. Bu səbəbdən, Müstəqillik Günü və Qara-Qırğız Muxtar Vilayətinin yaradılmasının 100 illiyi münasibəti ilə ölkəmizin bir sıra vətəndaşlarını ölkənin sosial-iqtisadi, intellektual və mədəni potensialının inkişafına verdikləri töhfəyə, həmçinin peşəkar fəaliyyətlərində görkəmli uğurlarına görə mükafatlandırmaq barədə qərar qəbul edilmişdir. İlk növbədə, fəaliyyətləri xalqa fayda vermiş və xalqın hörmətini qazanmış müasirlərimizi dövlət mükafatları münasibəti ilə səmimi qəlbdən təbrik edirəm”.

Sonra Qırğız Respublikasının Prezidenti Sadır Japarov xüsusi olaraq qeyd edib ki, mükafatlandırılanların arasında “Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu”nun prezidenti Nüsrət Musa oğlu Məmmədov da vardır. Türkdilli ölkələrin qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi məqsədi ilə bu dövlətlərin görkəmli yazıçılarının əsərlərinin tərcüməsi və nəşrinə xüsusi diqqət verən və onları xalqımızın arasında təmənnasız yayan Nüsrət Musa oğlu “Dostuk” ordeninə layiq görülüb.

Daha sonra Prezident şəxsən özü Nüsrət Məmmədova layiq olduğu yüksək mükafatı təqdim edib.

Tədbirin bədii hissəsində Qırğız Respublikasının Xalq artisti  Gülzinat Surançiyeva Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın (Bakı) sözlərinə bəstələnmiş “İssık-kul” mahnısını ifa edib. Zalda əyləşmiş QR Baş nazirinin mədəniyyət məsələləri ilə məşğul olan müavini Edil Baysalov Gülzinat Surançiyevanın ifasını yüksək dəyərləndirib.

Qeyd edək ki, Leyla Əliyevanın sözlərinə mahnını professor Abbasqulu Nəcəfzadə (Bakı) bəstələmişdir. Xatırlatmaq zəruridir ki, mahnı QTRYŞ-nin (Qırğızıstan Televiziya və Radio Yayım Şirkəti) “Qızıl fond”una daxil edilib.

Comments (0)
Add Comment