Qırğızıstanda TürkPA-nın XI plenar iclası keçirilib

İclasın yekunu olaraq Çolpon-Ata Bəyannaməsi qəbul edilib

ÇOLPON-ATA

Qırğızıstanın İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) 11-ci plenar iclası keçirilib.

Görüşdə Qırğızıstan parlamentinin  sədri Talant Mamıtov, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, Azərbaycan Milli Məclisinin  sədri Sahibə Qafarova, Qazaxıstan parlamenti Məclisinin sədri Yerlan Koşanov və TürkPA-nın Baş katibi Mehmet Süreyya Er iştirak ediblər.

Müşahidəçi ölkələr adından görüşdə Macarıstan parlamentinin vitse-spikeri Şandor Lejak, Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva və Türkmənistanın Halk Maslaxatı (parlamenti) sədrinin müavini Kasımqulu Babayev iştirak ediblər. .

İclasda beynəlxalq təşkilatların nümayəndələri və TürkPA-ya üzv ölkələrin parlament nümayəndə heyətləri də iştirak ediblər.

İclasın əvvəlində TürkPA-ya sədrliyin Qazaxıstandan Qırğızıstana verilməsi mərasimi keçirilib. Bu vəzifəni Qırğızıstan parlamentinin  sədri Talant Mamıtov qəbul edib.

İclasda parlament sədrləri, o cümlədən təhsil müəssisələrinin və beynəlxalq təşkilatların nümayəndələri çıxış ediblər.

İclasın yekunu olaraq TürkPA-nın 11-ci Baş Assambleyasının Çolpon-Ata Bəyannaməsi qəbul edilib.

XI plenar iclas çərçivəsində TürkPA-nın adının dəyişdirilərək Türkdilli Ölkələrin Parlament Assambleyası adlandırılması da qərara alınıb.

Həmçinin qurumun XII plenar iclasının 27-29 aprel 2023-cü il tarixlərində İstanbulda keçirilməsi qərara alınıb.

Bundan əvvəl Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Toplantısının İstanbul Bəyannaməsinin yekunlarına əsasən, strukturun adının dəyişdirilərək “Türk Dövlətləri Təşkilatı” adlandırılması qərara alınıb.

Liderlər sammiti 2021-ci ilin noyabrında İstanbulda baş tutub.

azbelediyye.az

Comments (0)
Add Comment