Quterreş: “İstanbul sazişi ərzaq qiymətlərinin xeyli azalmasına səbəb olub”

İstanbulda əldə olunan taxıl sazişləri ərzaq qiymətlərini demək olar Ukraynadakı müharibədən əvvəlki səviyyəyə endirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə BMT Baş katibi Antoniu Quterreş “Ümumi gündəliyimiz” adlı hesabatla çıxışı zamanı bildirib.

“Keçən ay İstanbulda sazişlərin imzalanması ilə yekunlaşan danışıqlar ərzaq və gübrə qiymətlərinin demək olar müharibədən əvvəlki səviyyəyə enməsinə gətirib çıxarıb”, – o deyib.



[ad_2]

Comments (0)
Add Comment