“Rapid”in baş məşqçisi: “Təhlükəli oyunumuzu Vyanada göstərəcəyik”

“Oyunun ilk 15 dəqiqəsində “Neftçi”ni sıxışdırmaq istəyirdik. Ancaq gördük ki, alınmır. Rəqib hər addımda bizim planlarımızı pozurdu”.

“Report”un məlumatına görə, bunu Avstriyanın “Rapid” klubunun baş məşqçisi Ferdinand Feldhofer Bakıda “Neftçi”yə 1:2 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

Avstriyalı mütəxəssis “ağ-qaralar”dan Eddi İsrafilovu fərqləndirib: “O, fərdi planda fərqlənən futbolçudur. Biz isə təhlükəli oyunumuzu Vyanada göstərəcəyik”.

42 yaşlı baş məşqçinin sözlərinə görə, məğlubiyyət onlara pis təsir etməyib: “1:2 hesabı pis deyil. Şanslar var. Cavab görüşündə qollar vurmaq olar”.

Qeyd edək ki, cavab matçı avqustun 11-də Vyanada keçiriləcək.



[ad_2]

Comments (0)
Add Comment