“Separatçılar erməni xalqını təhlükəyə sürükləyir”-Millət vəkili

Hər zaman olduğu kimi yenə də separatçılar erməni xalqını təhlükəyə sürükləyir. Hər vəchlə çalışırlar ki, Ermənistan Azərbaycanın humanizm prinsiplərinə və beynəlxalq normalara uyğun irəli sürdüyü təklifi qəbul etməsin. Daha ağlı olmayan bu başı boşlardan başqa nə gözləmək olar ki? Əlbəttə ki, heç nə! Haqq nazilər, amma yenə də üzülməz!

Ermənistan tərəfi kapituliyasiyaya uğramış məğlub dövlətdir. Azərbaycan cəmi 44 gündə Ermənistanı döyüş meydanında darmadağın etdi. Bir daha cənab Prezident İlham Əliyev əsl liderlik keyfiyyətləri nümayiş etdirib, ermənilərə tarixi şans-sülh təklifi verdi. Ya bunu mənfur düşmən qəbul edəcək, Zəngəzur dəhlizi açılacaq və regiona əbədi sülh gələcək,ya da onlar “Dəmir Yumruq ” zərbəsi altında əziləcəkdir.

Bildiyimiz kimi müzəffər Azərbaycan Ordusu özünün hərəkət istiqamətləri üzrə işlər görür. Sözsüz ki, Laçın yolunun girişində Azərbaycan tərəfindən nəzarət-buraxılış məntəqəsinin qurulması istiqamətində addımlar atılır. Bu bizim daxili məsələmizdir. Suveren ərazimizdə istədiyimiz yerdə, istədiyimiz vaxtı nəzarət-buraxılış məntəqəsi də qurar, qala da qurar və ən əsası haqq işimizə qarışanların üstündə qəbir daşlarından böyük məzarlıq da qurarıq!

Odur ki, separatçılar və xain havadarları sadəcə öz işi ilə məşğul olsunlar!, O iş ki- absurd düşüncədən əl çəkib doğma torpaqlarımızı tərk etsinlər!

 

İlham Məmmədov,

Millət vəkili

 

Mənbə:Kanal32.az

Comments (0)
Add Comment