“Sosial və Reform teatr ənənələrinin problemlərinin həllində rolu” mövzusunda təlim keçirilib.
Qadınların hüquq və imkanlarının genişləndirilməsini hədəfləyən “İqlim dəyişikliyi kontekstində qadınların hüquq və imkanlarının gücləndirilməsi” layihəsinin ikinci buraxılışının davamı olaraq Gəncə şəhərində “Sosial və Reform teatr nədir?” mövzusunda növbəti təlim keçirilib. Bu barədə Gəncə şəhərində reallaşan layihənin rəhbəri Vaqif Əmiraslan məlumat verib.
Onun sözlərinə görə bir günlük davam edən layihədə Sosial və Reform teatr ənənələri geniş şəkildə təhlil edilərək yaranma səbəbləri müzakirə obyekti olub.
Vaqif Əmiraslan həmçinin bildirib ki, “Sosial və Reform teatr ənənələri bu gün cəmiyyətin real problemlərini – yoxsulluq, zorakılıq, gender bərabərsizliyi, narkomaniya, korrupsiya, ailə problemləri, mühacirət, təhsil çatışmazlıqları və s. kimi problemlərin mövcudluğu baxımından onun həlli yollarının öyrənilməsi və dramaturji material olaraq səhnəyə gətirilməsi daha aktual mövzulardan biridir. Bu kimi mövzularda müasir dramaturgiyanın inkişaf etdirilməsi, yazılması yollarının öyrənilməsi baxımından təlimlərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir”.
O, bildirib ki, Gəncə şəhərində reallaşan təlim tanınmış teatrşünas-tənqidçi, Gəncə Dövlət Milli Dram Teatrının Ədəbi-bədii hissə müdiri Anar Ərtoğrul Burcəliyevin təlimçi-moderatorluğu ilə baş tutub.
Təlimin sonunda uğurla iştirak edən gənclərə Setrifikatlar təqdim edilib.
Kanal32.az