Su qıtlığı və su ehtiyatlarının idarə olunması ilə bağlı müzakirə keçirilib-FOTOLAR

“Azərbaycanda su qıtlığı və su ehtiyatlarının idarə olunması” mövzusunda müzakirələr aparılıb.

Kanal32.az-ın məlumatına görə, Mingəçevir şəhərinin Az.DRES yaşayış massivində baş tutan ictimai dinləmədə media təmsilçiləri, QHT üzvləri və ictimaiyyət nümayəndləri iştirak edib.

Aparılan müzakirələrdə çıxış edən Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü, EL TV və KanalS televiziyalarının aparcısı İnqilab Şirinli bildirib ki, ölkəmizdə su ehtiyatlarının idarə olunmasında nəzərəçarpacaq problemlər var. Vaxtı ilə Mərkəzi Aran bölgəsində sabiq nazir Hüseyqulu Bağırovun vaxtında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə sutəmizləyici qurğular quraşdırılıdı.Buraya milyonlarla vəsait xərcləndi. Amma indi qurğuların 99 faizi işləmir. Əgər qısa müddətdə effektli tədbirlər görülməsə Azərbaycan içməli su sahəsində ciddi sıxıntılarla üz-üzə qalacaq.

Sonra çıxış edən ictimaiyyət nümayəndələri və digər jurnalistlər qeyd etdilər ki, biz mütləq əhalinin maarifləndirilməsini də davamlı həyata keçirməliyik. Çünki insanlarımız suyu qənatlə işlətmir, kim harada gəldi içməli sul ilə avtomobil və palza-xalça yuyur. Eyni zamanda içməli sudan suvarma suyu kimi istifadə edirlər. Bu isə yolverilməzdir.

Ekoloq Çingiz Nəzərov isə bildirib ki, əhaliyə verilən suyun təhlükəsizliyinin təmin edilməsi vacib amillərdən biridir. Elə bunun nəticəsidir ki, əhaliyə verilən suyun  keyfiyyətli, təhlükəsiz, dayanıqlı olması məqsədilə ötən il su mənbələrində tədqiqat işləri aparılıb. İndiyədək istismara verilən 20 zərərsizləşdirmə məntəqəsinin fəaliyyəti nəticəsində yayıla biləcək xəstəliklərin də qarşısı alınıb. Bundan əlavə, 10-a yaxın  yeni sutəmizləyici qurğular istismara verilib. Mingəçevir şəhərində isə suyun keyfiyyəti və təminatı ilə bağlı vəziyyət digər regionlarla müqayisədə çox yaxşıdır. Biz insanları davamlı şəkildə maarifləndirməliyik ki, su itkisinə yol verməsinlər, sudan səmərəli və qənatlə istifadə etsinlər.

Müzakirələrin sonunda irəli sürülən təkliflər qeydə alınıb və aidiyyatı üzrə müvafiq qurulara çatdırılacaq.

 

İxtiyar Həsənli,

Mingəçevir

Kanal32.az

Su qıtlığı və su ehtiyatlarının idarə olunması müzakirə keçirilib-FOTOLAR
Comments (0)
Add Comment