Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “ŞUŞA BƏYANNAMƏSİNİN” birinci ildönümünə həsr olunmuş “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri – Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” adlı konfrans keçirilir.
Tədbirdə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib, hər iki ölkənin ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciəti oxunacaq. Tədbir Şuşa Bəyannaməsindən irəli gələn məsələlərin müzakirəsi ilə davam edəcək.
Qeyd edək ki, toplantıda Türkiyənin sabiq Baş naziri, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırım, Kənd Təsərrüfatı və Meşə naziri Vahit Kirişçi, Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy, Milliyyətçi Hərəkat Partiyasının (MHP) Baş katibi İsmayıl Büyükataman Konfransda iştirak edirlər.
azbelediyye.az