Təhsilimizin GÜZGÜSÜ-Gələcəyimizin GÜZGÜSÜ…

Biz niyə təhsil əxlaqına və əxlaqlı təhsilə tam keçid edə bilmirik?
2025-ci il Azərbaycan təhsilinin idarə olunmasında köklü dəyişikliklərə yadda qalmalı, əsl pedaqoqları,əsl bilim adamları idarəetməyə cəlb edilməlidir. Əks halda, biz nəinki dünyanın qabaqcıl ölkələrinin təhsil sistemi ilə, heç qonşuluğumuzda olan ölkələrin təhsil sistemi ilə ayaqlaşa bilməyəcəyik. Nə yazıq ki, bu gün ölkəmizin təhsil sisteminin idarə olunmasını şouməkana, görüntü yaratmağa, foto çəkdirmək yarışlarına çeviriblər. Mədəni-mənəvi dəyərlərdən və bilimdən kasad olan bəzi adamları aşağdan tutmuş yuxarıaya qədər yerləşdiriblər rəhbər vəzifələrə. Onlar da peşəkar öyrətmənlərin(müəllimlərin), əsl bilim adamlarının başında ağalıq edir. Hətta özlərini elə aparırlar ki,elə bil təhsil müəssisəsi bunların dədələrindən qalma şəxsi obyektləridir. Hələ bu azmış kimi hərəsi də özünə bir çətə-qruplaşma yaradıb, atlarını da istədikləri istiqamətə çapırlar.Təkcə təhsil tərəfə çapmırlar…
Bəli,bütün bunlar həm  təhsilimizin, həm də gələcəyimizin GÜZGÜSÜDÜR…!
Ölkəmizin işıqlı adamları, peşəkar və əqidəli təhsil işçiləri və özünü millətin vəkili hesab edənlər içərisində çabaladığımız dərin köklü bu probleminin həlli üçün səfərbər olmalı, susmamalı, özlərinin açıq və kəskin mövqelərini ortaya qoymalıdırlar. Sonra çox gec olacaq! Bizim TARİXİ QƏLƏBƏMİZİ heç bir güc əlimizdən ala bilməz, təkcə təhsilimizi əlimizdən alanlardan başqa…
UNUTMAYIN! TƏHSİLƏ XƏYANAƏT DÖVLƏTƏ XƏYANƏTDİR, MİLLƏTƏ XƏYANƏTDİR, ÖVLADLARIMIZA XƏYANƏTDİR, GƏLƏCƏK NƏSİLLƏRƏ XƏYANƏRDİR!
P.S. Nə yazıq ki,2024-cü il heç bir ciddi dəyişikliklərlə yadda qalmadı.Yenə də təhsilimiz naşılardan,təhsildən uzaq adamlardan,şoumenlərdən, formal fotolardan, ədalətsiz idarəetmədən qurtula bilmədi…

İnqilab Şirinli,

AJB-nin və Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü

Təhsilimizin GÜZGÜSÜ-Gələcəyimizin GÜZGÜSÜ...
Comments (0)
Add Comment