Türkiyənin “dərin dövlət” lideri ilə müsahibəsi: PKK-nın ABŞ ilə ittifaqı. Əliyevin Ərzuruma gizli səfəri. Ərdoğan dayanacaqmı? Niyə Türkiyə 1992-ci ildə Azərbaycana kömək etmədi.

Mehmet Ağar – əfsanələrlə, sirlərlə dolu bir addır. Türkiyənin  “dərin dövlət” deyilən təşkilatın liderlərindən olan, 2008-ci ildən bəri susqunluq andını ilk dəfə pozaraq azərbaycanlı jurnalist Eynulla Fətullayevin suallarını cavablandırmağa razılıq verib.

Mehmet Ağar, Türkiyənin keçmiş Daxili işlər və Ədliyyə naziri olub. İstanbulda polis rəisi, Ərzurum valisi vəzifələrində çalışıb. 20 ilə yaxın millət vəkili, Türkiyə Demokrat Partiyasının lideri olub. 2011-ci ildə o, Türkiyədə “cinayətkar birlik” təşkil etmək ittihamı ilə Gülənçi qruplaşmanın tərəfdarları tərəfindən həbs edilsə də, 361-ci gündə azadlığa buraxılıb. O vaxtdan bəri o, mətbuatla danışmaqdan yayınıb. Mehmet Ağarın oğlu Tolqa Ağar hazırda Türkiyə Böyük Millət Məclisinin hakim Ədalət və İnkişaf Partiyasından deputatıdır.

Comments (0)
Add Comment