Xaldan Kənd Kompleks Tam Orta Məktəbində “Ağacəkmə və Torpaq Mühafizəsi” Mövzusunda Təlim Keçirilib
Elm və Təhsil Nazirliyinin 8-ci qrant müsabiqəsi çərçivəsində Xaldan Kənd Kompleks Tam Orta Məktəbində həyata keçirilən “Eko Könüllülər ilə Birlikdə Yaşıl Zona Parkının Yaradılması” layihəsi çərçivəsində “Ağacəkmə və Torpaq Mühafizəsi” mövzusunda təlim keçirilib. Təlimin məqsədi şagirdlərə ekosistemin qorunması, ağacların ətraf mühitə faydaları və torpağın eroziyadan mühafizəsi barədə bilik və bacarıqlar aşılamaqdır.
Təlim Mingəçevir Dövlət Universitetinin müəllimi, ekoloji təlimçi Şəbnəm İslamova tərəfindən aparılıb. Təlim zamanı şagirdlər:
Ağacların ekosistemə və insan sağlamlığına təsiri
Torpaq eroziyasının qarşısının alınması üsulları
Düzgün ağacəkmə texnikaları və fidanlara qulluq qaydaları
Yaşıllıqların ekoloji dayanıqlılığa töhfəsi barədə məlumat əldə ediblər.
Təlimin praktiki hissəsində şagirdlər müəllim və könüllülərin rəhbərliyi ilə məktəb ərazisində ağacəkmə aksiyasında iştirak ediblər. Onlar fidanların düzgün əkilməsi və becərilməsi prosesini öyrənərək, ekoloji təşəbbüslərdə aktiv iştirak etməyin əhəmiyyətini anlayıblar.
Qeyd edək ki, layihənin rəhbəri Vüsalə Qasımovadır və layihə çərçivəsində yaradılan EKO-Park məktəb icmasının ekoloji şüurunun artırılması və yaşıl ərazilərin genişləndirilməsi məqsədinə xidmət edir.