Xocalıya həsr olunmuş “Cavab ver” ədəbi-bədii kompozisiyası təqdim olunub-FOTOLAR

Yasamal rayon Heydər Əliyev Mərkəzində  Yasamal rayon MKS-nin Xurşidbanu Natəvan adına 4 nömrəli kitabxana filialının və  Seyid Məhəmməd Pişəvəri adına Respublika Humanitar Fənnlər Liseyinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 31-ci ildönümünə həsr edilmiş “Cavab ver” ədəbi-bədii kompozisiya təqdim olunUB..

Mərkəzin əməkdaşı Nigar Hüseynova qonaqları salamladı, Dövlət himni səsləndirildi,  Xocalı faciəsi qurbanlarının, qardaş Türkiyədəki təbii fəlakət zamanı həlak olanların və Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Xocalı faciəsi şahidlərinin, şəhid ailələrinin, qazilərin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə kompozisiyanın müəllifi, şair- publisist Zərəngiz Dəmirçi Qayalı bildirdi ki, Xocalı faciəsi müasir tariximizin ən faciəli qan yaddaşıdır. Xocalı bizim milli faciəmizdir. O, yeniyetmələrə Azərbaycanın faciəli günlərini unutmamağı, düşmənlərimizin önündə hər zaman ayıq-sayıq olmağı tövsiyə etdi. O, 1997-ci il 25 fevral tarixində Ulu Öndər Heydər Əliyevin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” imzaladığı Sərəncam haqqında məlumat verərək, Xocalı soyqırımına ilk siyasi qiymətin məhz Ümummilli Lider tərəfindən verildiyini bildirdi. Bu ağlasığmaz faciənin dünyaya tanıdılması istiqamətində Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələrin, xüsusilə də “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasının böyük əhəmiyyəti olduğunu dedi.

AMEA-nın Tarix İnstitutunun elmi işçisi Nazim Tapdıqoğlu, Qarabağ qaziləri Şakir Abbasov, Sevil Abbasova, Təbrizdə dərc olunan “Mişov Dağı” dərgisinin təsisçisi və baş redaktoru Akşin Ağkəmrli, şair-publisist Vahid Çaylı, liseyin müəllimi Sücayət Qayayeva  və başqaları Xocalı haqqında həqiqətlərin dünyaya bildirilməsi, beynəlxalq aləmdə bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün həyata keçirilən layihələrdən, Xocalı genosidinin bir çox dövlətlər, beynəlxalq təşkilatlar tərəfindən soyqırımı kimi qəbul edilməsindən söhbət açdılar.

Sonda Seyid Məhəmməd Pişəvəri adına Respublika Humanitar Fənnlər Liseyinin 5-ci sinif şagirdlərinin ifasında Zərəngiz Dəmirçi Qayalının Xocalı soyqırımına həsr etdiyi “Cavab ver” poeması əsasında eyniadlı ədəbi-bədii kompozisiya təqdim olundu.

KANAL32.AZ

Comments (0)
Add Comment