Yunanıstan Türkiyə ilə sərhəddə tank əleyhinə xəndəklər qazır

Son günlər ümumi uzunluğu 135 km olan xəndək xəttinin yaradılması üzrə işlər sürətləndirilib.

Yunanıstan Türkiyə ilə quru sərhədini tank əleyhinə xəndəklər şəbəkəsi ilə “bağlamağı” planlaşdırır.

Sərhəd çayı Meriç ərazisinə çoxlu sayda tikinti texnikası cəlb olunub, aktiv işlər davam edir.

Yunanıstanın “Evros-news” xəbər portalı sərhəddəki iş yerindən görüntülər yayıb.

Mənbənin məlumatına görə, Türkiyə ilə sərhəddə tank əleyhinə xəndəklərin yaradılması layihəsi hələ 2010-cu ildə razılaşdırılıb. Türkiyə ilə Yunanıstan arasında artan gərginlik fonunda işlər sürətləndirilib.

Yunanıstan mətbuatının yazdığına görə, işlər bir neçə ay ərzində tamamlanacaq və Türkiyə zirehli qoşun qüvvələrinin mümkün hücumunun qarşısını almaq məqsədi daşıyır.

Xəndək 135 km uzanacaq, eni 32 m, dərinliyi 7 m olacaq.

azbelediyye.az

Comments (0)
Add Comment