Dövlətlər mənsub olduqları xalqın əmanətlərinə sahib çıxdıqları nisbətdə ömürləri uzanar, hökmü keçərli olar. Bütün Dövlət ərkanını minnətlə və şükranla yad etmək lazım.
Şəhidi olmayan xalq, dövlət qurub azad yaşamaq haqqina sahib deyildir.
ŞƏHİD-liyi tərif etməkdən əlbəttə ki, qələmlər aciz olduğu kimi, ŞƏHİD haqda yazmaq da bir o qədər məsuliyyətli olsa gərək. Ucala bilinəcək ən yüksək məqam.
Aydınları qurban gedən xalqın, inşallah, sabahları aydındır.
ŞƏHİD qanı torpaqları VƏTƏN etdiyi kimi, elini, obasını, bəlkə bağı olduğu hər kəsi şərəfləndirmişdir.
İllərdir analarin gozu yaşlı
Gözün aydın olsun, Ana! Aydının gəlir.
Bugün iki ana, Aydınına birdən qovuşur. Biri sənin Anan, biri analar anası, Ana Torpaq.
O torpaq ki, qanınla VƏTƏN də deyə yazdın!
O torpaq ki, ŞƏHİD olub bağrında yatdın!
Natiq Abdurrahim

İtkin Şəhid Aydın Nəriman oğlu Nuriyev
05.11.1966. Göyçay Mırtı k.
1992:.Xocalı