Azərbaycan meşə yanğınlarının söndürülməsi üçün Türkiyəyə amfibiya təyyarələri göndərib (video)

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin amfibiya təyyarəsi meşə yanğınlarının söndürülməsində iştirak etmək üçün 10 nəfərdən ibarət ekipajla Türkiyəyə uçub.

Xatırladaq ki, meşə yanğınları iyunun 21-də Türkiyənin Muğla vilayətinin Marmaris bölgəsində başlayıb.

Nazirlik Azərbaycan prezidenti İlham Əliyevin yanğının söndürülməsində Türkiyə tərəfinə köməklik göstərilməsi ilə bağlı göstəriş verdiyinə aydınlıq gətirib.

azbelediyye.az