Azərbaycanda inzibati məsuliyyətə cəlbetmə müddəti 3 aydan 4 aya artırılır. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif olunur.
Belə ki, layihədə inzibati məsuliyyətə cəlbetmə və inzibati cərimələrin ödənilməsi ilə bağlı məsələlərin təkmilləşdirilməsi məqsədilə Inzibati Xətalar Məcəlləsinə bir sıra yeni müddəaların əlavə olunması və mövcud müddəalarda dəyişiklik edilməsi təklif edilir.
nzibati Xətalar Məcəlləsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən, bir qayda olaraq, üç ay keçənədək verilə bilər. Lakin, müvafiq protokollardan qərarlardan şikayət vermə və müvafiq şikayətlərə baxılma ilə əlaqədar bəzi hallarda: aylıq müddət yetərli olmur və 3 aylıq müddət keçdikdən sonra təqsirkar şəxsləri inzibati məsuliyyətə cəlb etmək mümkün olmur. Bununla əlaqədar, layihədə inzibati məsuliyyətə cəlbetmə müddətinin 3 aydan 4 aya artırılması təklif olunur.
İnzibati xətaların ictimai təhlükəliliyi nəzərə alınaraq İnzibati Xətalar Məcəlləsind inzibati xətaların bir qisminə dair icraatın başlanması haqqında qərarın prokur tərəfindən qəbul edilməsi müəyyən olunub. Bu maddələr üzrə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması prokurorun müstəsna səlahiyyətinə aid edilib.