Azərbaycanda oynamış futbolçu Belçika klubuna keçib

Ötən mövsümün sonunda “Səbail”dən ayrılan fransalı futbolçu Nikolas Rayselin yeni klubu bəlli olub.

“Report” xəbər verir ki, 29 yaşlı hücumameylli yarımmüdafiəçi Belçikanın “Dunder” komandasına keçib. Təcrübəli forvard 2018/2019 mövsümündə də III liqa təmsilçisinin formasını geyinib.

Qeyd edək ki, Nikolas Raysel Azərbaycanda “Səbail”lə yanaşı, “Qəbələ”də də çıxış edib.



[ad_2]