Azərbaycan Milliyətçi Demokrat Partiyasının
Kuzey Kıbrıs türklərinin zaman-zaman qətliam və soyqırıma uğraması ilə bağlı
M Ö V Q E S Ə N Ə D İ
Kuzey Kıbrıs Türk Cumhuriyyəti
Paytaxtı: Nikosiya
Əhali: 299 min (2015)
Etnik mənsubiyyəti: 98,71 faizi türkdür. Qalanları yunanlar, ingilislər və digər etnik elementlərdir.
Sahəsi: 3355 kvadrat kilometr (Kipr adasının 36,5 faizi)
Dil: Rəsmi dil türk dili
Din: 98,71 faiz müsəlman, 0,7 faiz xristian
Valyuta: Türk Lirəsi (TL)
Tarix
XVIII əsrin əvvəllərinə qədər Kiprdə türklərin sayı yunanlardan çox olmuşdur. Əkinçiliklə məşğul olan türklərin əlindəki torpaq miqdarı yunanlardan çox idi.
İki tərəf arasında ictimai və mədəni həyat həmişə fərqli olaraq qalmış, türklərlə rumlar arasında evlilik olmamış, iki toplumun üzvləri ortaq ticarət müəssisəsi qurmaq kimi davranışlarda iştirak etməmişlər.
1571-ci ildə Venediklilərdən alınan və 307 il Osmanlı hakimiyyəti altında qalan Kıbrıs idarəsi, suverenlik hüququnun Osmanlı İmperatorluğunda qalması şərti ilə 1878 -ci ildə İngiltərəyə verilmişdir.
Birinci Dünya Müharibəsi zamanı Osmanlı İmperiyası ilə İngiltərənin ayrı -ayrı cəbhələrdə mövqe tutması nəticəsində İngiltərə 1914-cü ildə birtərəfli qərar ilə adanı ilhaq etdi. Türkiyə 1923-cü ildə Lozanna müqaviləsi ilə İngiltərənin adada suverenliyini tanıdı.
1931-ci ildən sonra Kıbrıslı Rumlar Yunanıstanla birlik tələblərini gücləndirdilər. Kıbrısı “Elen” adasına çevirməklə, Yunanıstana birləşdirəcək “ENOSIS” kampaniyası II Dünya savaşından sonra sürətləndi. 1954-cü ildə Yunanıstan Kipr problemini Birləşmiş Millətlər Təşkilatına müzakirəyə verməyə qərar verdi. 1954-1958-ci illər arasında Yunanıstan “öz müqəddəratını təyin etmək” məqsədi ilə BMT-yə etdiyi müxtəlif müraciətlərində uğur qazana bilmədi. Bu vaxt Yunanıstandan gələn polkovnik Grivas 1955-ci ildə EOKA terror təşkilatını qurdu və adada şiddətli hərəkətlər getdikcə artdı. 1955-1958-ci illər dövründə Kıbrıslı Türklər 33 qarışıq kəndi tərk etmək məcburiyyətində qaldılar. Bu vəziyyətdə İngiltərə 1956-cı ildə yalnız Kıbrıslı Rumların deyil, həm də Kıbrıs Türklərinin də “öz müqəddəratını təyin etmə” hüququna malik olduğunu elan etdi və bu çərçivədə bölünmə tələbinin etibarlı bir seçim olduğunu söylədi.
Yunanların “Türksüz Kıbrıs”qurması ilə bağlı planları
“Kıbrıs Respublikası” 1960-cı ildə adanın iki xalqı arasında ortaqlığa əsaslanan beynəlxalq müqavilələrə uyğun olaraq qurulmuşdur. Sözügedən müqavilələrlə təmin edilən Kıbrıs Konstitusiyası, adadakı Kipr Türk və Rum xalqlarının bərabər siyasi hüquqlarına və statusuna əsaslanırdı.
Kıbrıs Rum tərəfi 1960-cı illərdə Cümhuriyyətə qurulduğu kimi yaşamaq şansı vermədi və Kıbrıslı Türkləri dövlət qurumlarından kənarlaşdırmağa və təcrid etməyə, adadakı varlıqlarına son qoymağa və nəhayət Yunanıstanla (ENOSIS) birləşməyə çalışdı. Yuxarıda göstərilən müqavilələr sistemi ilə ortaya çıxan “Kıbrıs Respublikası”nın quruluşunu dəyişdirmək cəhdlərinə başladılar.
O zamankı Prezident Makarios, Sürix-London Müqavilələrinin Kıbrıslı Türklərə “ədalətsiz artıq” hüquqlar verdiyini bəhanə edərək,1960-ci il Konstitusiyasının işləməyəcəyini söyləməyə başlayaraq 30 Noyabr 1963-cü ildə, Türkiyə vitse-prezidentinin veto hüququnun ləğvi də daxil olmaqla, konstitusiya dəyişikliyi ilə bağlı 13 maddədən ibarət təkliflərini vitse-prezident Dr. Küçük’e çatdırdı. Bu təkliflər 16 dekabr 1963-cü ildə Kıbrıs Türk və Türkiyə Cumhuriyyəti tərəfindən rədd edildi.
Kıbrıs Rum tərəfi 21 dekabr 1963-cü ildə, Kıbrıs Türk toplumuna qarşı geniş və sistemli hücumlara başladı. Kıbrıslı türklər dövlət qurumlarından xaric edildi. Kıbrıs Türk tarixində “Qanlı Milad” olaraq bilinən bu kampaniya əvvəlcədən hazırlanan “Akritaş Planı”na əsaslanmışdır. Türklərin Adada etnik soyqırıma və ya qovulmasını nəzərdə tutan “Akritas Planı”, sadə bir təşkilatın hərəkət planı deyil, Kıbrıs Rum hakimiyyəti tərəfindən hazırlanan etnik təmizləmə cəhdidir. Akritaş planının həyata keçirilməsi nəticəsində 30 min Kıbrıslı Türk, 103 kəndi tərk etmək məcburiyyətində qalmışdır. Kıbrıs Türk əhalisi yurdlarını tərk edərək adanın ərazisinin 3%-ni təşkil edən, dənizə çıxışı olmayan və daim mühasirədə olan kiçik sahələrə sığındı.
Beləliklə, 1963-cü ildə Kıbrıs Rumları güc tətbiq edərək konstitusiyanı birtərəfli qaydada ləğv etdikdən sonra “Kıbrıs Respublikası” tarixdən silindi.
1963-cü ildəki “Qanlı Milad” hadisələrindən sonra, 27 dekabr 1963-cü ildə üç qarant ölkənin əsgərlərindən ibarət “Sülhü Qoruma Qüvvələri” yaradıldı. Bu çərçivədə, 30 dekabr 1963-cü ildə Lefkoşa, İngilis generalının xəritədə yaşıl qələmlə çəkdiyi bir xətt ilə ikiyə bölündü. O vaxtdan bu sərhəd “Yaşıl xətt” adlanır.
1960-cı ildə, qurulan ortaq dövlətdə Kıbrıslı Rumlar:
– Kıbrıs Türklərinin adada etnik soyqırıma məruz qoymuş;
– Kıbrıs Türklərini adadan sürgün etmiş;
– Kıbrıs Türklərinin adada bərabər yaşamaq hüquqlarını tanımadı;
– Kıbrıs Türkləri üzərində hökmranlıq və dövləti qəsb etməyə çalışmışdır.
1963-cü ildən bəri Kipr problemi beynəlxalq ictimaiyyətin gündəmindədir.
Daha sonra, BMT Təhlükəsizlik Şurasının 4 mart 1964-cü il tarixli, 186 saylı qətnaməsi ilə Beynəlxalq Sülhməramlı Qüvvə (UNFICYP) adaya göndərilmişdir. Bu arada Yunanıstan, adaya gizli şəkildə sayı 20 minə çatan hərbi qüvvələr göndərməyə başladı.
Nəticə olaraq ortaq dövlət olmaqdan çox bir Yunan idarəsinə çevrilən Kıbrıs Respublikası, de-fakto Rum/Yunan nəzarətinə keçdi və iki xalq bir -birindən tamamən ayrıldı.
1967-ci ildə, hərbi çevrilişlə Yunanıstanda hakimiyyəti ələ keçirən Xunta, “ENOZİSE” çatmaq üçün Keşan və Dedeağaç görüşmələrində Türkiyə ilə danışıqlar aparmağa çalışdı və bu uğursuzluqla nəticələndikdə, Kiprin Boğaziçi və Geçitkale kəndlərinə hücumlar edildi. Yunan qoşunları da bu hücumlarda iştirak etdilər. Türkiyənin razılaşmalardan qaynaqlanan müdaxilə hüququndan istifadə edəcəyi xəbərdarlığı üzərinə, bu böhran sona çatdı və Yunanıstan BMT himayəsində olan ərazilərindən silahlı qüvvələrini adadan çıxarmaq məcburiyyətində qaldı.
Sonrakı dövrlərdə tərəflər arasında 1968-ci ildə danışıqlar başladı. 47 ildir davam edən danışıqlarda müzakirə edilməyən bir mövzu qalmayıb.
15 noyabr 1983-cü ildə, Kıbrıs Türk Federasiya Dövlət Şurası, öz müqəddəratını təyin etmə hüququndan istifadə edərək yekdilliklə qəbul edilmiş bir qərarla Kuzey Kıbrıs Türk Cumhuriyyətini elan etdi. Qurucu prezident Rauf Denktaş, dövlətin qurulması haqqında bəyənnaməni oxudu.
Yeni dövlət Kuzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) olaraq tanındı. Kuzey Kıbrıs Türk Cümhuriyyətinin müstəqillik elanı BMT tərəfindən rədd edildi. 5 May 1985-ci ildə keçirilən referendumda, Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Anayasası 70.2% səs çoxluğu ilə qəbul edildi.
Bu gün, Kıbrıs Rum İdarəsində, Kuzey Kıbrısdakı 299.000 əhaliyə qarşı, 800.000-dən çox yunan yaşayır. Cənubda 100 mindən çox əcnəbinin yaşadığı da məlumdur. Kıbrıs erməni, maruni və latın dini qrupları da var. Kıbrıs adası Türkiyədən 71 km, Yunanıstandan 900 km. uzaqlıqda yerləşir. Adanın sahəsi 9251 km2, KKTC’nin sahəsi 3355 km2-dir ki, bu da adanın 36.05 %-ni təşkil edir, Kıbrıs Rum idarəsinin sahəsi 5509 km2 (59.56%), İngilis bazaları 256.01 km2-dir ərazidə yerləşir.
1993-ci il, Güvən artırıcı tədbirlər paketi
Danışıqlar 1993-cü ilin may ayından etibarən BMT Baş Katibinin təklif etdiyi Etimad Tədbirləri (CAO) paketi üzərində qurulub.
Bu paket çərçivəsində Lefkoşa Beynəlxalq Hava Limanı (LUH) və Varoşanın BMT idarəsi altında hər iki tərəfin birgə istifadəsinə açılması nəzərdə tutulurdu. Bu arada Avropa Birliyi Ədalət Məhkəməsi, Kıbrıslı Rumların müraciəti əsasında 1994-cü ilin iyul ayında KKTC’nin AB-yə ixracatını qadağan edən bir qərar aldı.
1994-cü ilin oktyabr ayında, KKTC Rum tərəfinin nəzarəti altında GAO paketinin qəbul edilməsini təmin etmək üçün, KKTC Prezidenti cənab Denktaş ilə Kıbrıs Rum İdarəsinin Lideri Clerides arasında BMT -nin Tampon Bölgəsindəki Xüsusi Nümayəndəsinin iştirakı ilə beş araşdırma görüşü keçirildi.
Yunanıstan və Güney Kıbrıs Rum Yönetimi (GKRY) arasında Müdafiə Doktrinası
1993-cü ilin noyabr ayında Yunanıstan ilə Güney Kıbrıs Rum Yönetimi arasında “Ortaq Müdafiə Doktrinası” qüvvəyə mindi. “Birgə Müdafiə Doktrinası” iki ölkə arasında birgə hərbi strategiya və əməliyyatların planlaşdırılması deməkdir:
-Birgə təlimlər keçirmək;
-Krit, Oniki və “Kıbrıs”ın müdafiə infrastrukturunu yenidən təşkil edilməsi;
-Kıbrıs rum yönetimi ərazisində hava və dəniz bazalarının qurulması;
-Yunanıstanın Mərkəzi Aralıq dənizində konkret rol oynamasına imkan verəcək şəkildə hərbi xərclərin artırılmasını nəzərdə tutur.
Referendum və sonrası
Müzakirələr nəticəsində qəbul edilən həll planı, referendum olmuşdur. 24 Aprel 2004-cü ildə GKRY və KKTC’de hər iki xalqın referendumu keçirildi. Rum xalqının 75,83% Planı rədd edərkən, Kipr Türk tərəfi, bir çox çətinliklərə baxmayaraq 64,91% çoxluğu ilə Plana “hə” dedi.
Kıbrıs Rum tərəfinin böyük əksəriyyət tərəfindən Planı rədd etməsi, Kıbrıs Rum lideri Papadopoulosun 7 aprel 2004-cü ildə xalqa referendumla bağlı müraciətində “etiraz” və Kıbrıs Rum rəhbərliyinin, dövlətin də “kampaniya yox” deməsi çağırışı, referenduma böyük təsiri oldu.
Nəticədə, Yunan icmasının rədd etməsi qarşısında, BMT və AB də daxil olmaqla bütün beynəlxalq ictimaiyyətin dəstəklədiyi bu əhatəli həll planı etibarsız oldu.
2005 -ci ildə KKTC Prezident seçkiləri
KKTC Prezident seçkiləri 17 aprel 2005-ci ildə keçirildi. Baş nazir Mehmet Əli Talat ilk turda səslərin 55,60% -i ilə Prezidentliyə seçildi. Aprelin 20-də keçirilən andiçmə mərasimindən sonra Mehmet Əli Talat Rauf Denktaşdan post aldı. 23 oktyabr 2020-ci ildə, Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Prezidenti Ersin Tatar seçilmişdir.
Kuzey Kıbrıs Türk Cumhuriyyetinin tanınması
Kuzey Kıbrıs Türk Cumhuriyyeti müşahidəçi olaraq İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. BMT ölkələrindən Türkiyə Cumhuriyyəti, Quzey Kıbrıs Türk Cumhuriyyetinin müstəqilliyini tanımışdır. 2022-ci ildə, Türk Dövlətləri Təşkilatının Özbəkistanda keçiriləcək toplantısında KKTC-nə Müşahidəçi statusu verilməsi gözlənilir.
Azərbaycan Milliyətçi Demokrat Partiyası aşağıdakı Beynəlxalq Hüquq:
– 26 iyun 1945-ci il tarixli, “Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi”;
-10 dekabr 1948-ci il tarixli, “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”;
-4 noyabr 1950-ci il tarixli, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi üzrə Avropa Konvensiyası” Roma,;
-26 dekabr 1933-cü il tarixli, BMT-nin “Dövlətlərin Hüquq və Vəzifələri Haqqında Konvensiyası” (“Montevideo Konvensiyası”);
-9 dekabr 1948-ci il tarixli, BMT-nin “Soyqırım Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması Haqqında” Konvensiyası;
-26 noyabr 1968-ci il tarixli, BMT-nin “Müharibə Cinayətlərinə və İnsanlıq Əleyhinə Cinayətlərə İddia Müddətinin Tətbiq Edilməməsi Haqqında” Konvensiyası;
-14 dekabr 1960-cı il tarixli, BMT-nin “Müstəmləkə Ölkələrinə və Xalqlarına Müstəqillik Verilməsi Haqqında” Bəyannaməsi;
-20 noyabr 1963-cü il tarixli, BMT-nin “İrqi Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi Haqqında” Bəyannaməsi,;
-23 may 1969-cu il tarixli, “Müqavilələr Hüququ Haqqında” Vyana Konvensiyası;
-13 sentyabr 2007-ci il tarixli, “Yerli Xalqların Hüquqları Haqqında” BMT-nin Bəyannaməsi;
-12 noyabr 1984-cü il tarixli, “Xalqların Sülh Hüququ Haqqında” BMT-nin Bəyannaməsi;
-4 dekabr 1986-cı il tarixli, “İnkişaf Hüququ Haqqında” BMT-nin Bəyannaməsi;
-18 dekabr 1992-ci il tarixli, BMT-nin “Milli, Etnik, Dil və Dini Azlıqlara Mənsub Şəxslərin Hüquqları Haqqında” Bəyannaməsi;
-24 sentyabr 2012-ci il tarixli, BMT-nin “Milli və Beynəlxalq Səviyyələrdə Qanunun Aliliyi Haqqında” Bəyannaməsi, sənədlərinə istinad edilərək,
Kuzey Kıbrıs Türk Cumhuriyyətinin tanınması ilə bağlı Türk Dövlətləri Təşkilatı, üzv ölkələrin parlamentlərinə MÜRACİƏT edir.