Bələdiyyələr də qrant ala biləcək-Bu təklifi isə…-VİDEO

Bələdiyyələr də qrant ala biləcək.

Azbələdiyyə.az xəbər verir ki,bu məsələ parlamentin noyabrın 29-da keçirilən iclasının gündəliyinə daxil edilmiş “Qrant haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.

Sənəd bələdiyyələrin maliyyə resurslarına çıxışının artırılması məqsədilə onlara qrant verilməsinin hüquqi əsaslarının yaradılması və tənzimlənməsi məqsədilə hazırlanıb.

Müzakirələrdən sonra qanun layihəsi üçüncü oxunuşda təsdiq edilib.

Qeyd edək ki,bələdiyyələrə qrantların və aşağı fazili,güzəştli kreditlərin verilməsi ilə bağlı ilk təklifi tanınmış teleaparıcı İnqilab Şirinli təxminən 2 il öncə müəllifi və aparcısı olduğu “Zamanında” verilişində səsləndirmişdi.

Həmin verilişin tam versiyasını təqdim edirik. Sözügedən təklifin səsləndirldiyi hissəyə isə 46-cı dəqiqədən sonra baxa bilərsiniz.

Azbelediyye.az