“Bayraq adam”Natiq Qasımovun doğum günü belə qeyd edilib-VİDEO+FOTO

Birinci Qarabağ müharibəsində itkin düşmüş Natiq Qasımovun doğum günü münasibəti ilə anım mərasimi keçirilib.

Kanal32.az xəbər verir ki, yanvarın 2-də yenə Natiqsevərlər onun xatirə bulağının qarşısına toplaşıblar Mingəçevir Az.Dres qəsəbəsində Natiqin adına ucaldılmış xatirə bulağının önündə Natiqsiz onun növbəti 53-cü baharı qeyd edilib.

Tədbir iştirakçıları öncə Mingəçevir Şəhidlər xiyabanındakı itkin düşmüş döyüşçülərin abidəsini ziyarət ediblər.Natiq Qasımovun fotosu önünə gül dəstələri qoyublar. Ruhuna hörmət və ehtiramlarını ifadə ediblər.

Qəsəbə sakinlərinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən mərasimdə şəhər sakinləri, qazilər,müharibə veteranları müxtəlif idarə-müəssisə və qurumların nümayəndələri və media təmsilçiləri iştirak ediblər.

Mərasimdə açılış nitqi ilə çıxış edən EL TV-nin aparıcısı, Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü İnqilab Şirinli Natiq Qasımovun keçdiyi döyüş yolundan danışıb. Həmçinin vurğulayıb ki, bu gün eyni zamanda Milli Qəhrəman Polad Həşimovun da doğum günüdür və bu iki Vətən fədaisi tariximizin bütün dönəmlərində formalaşan nəsillərə örnək olacaq.

Daha sonra YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev,Qarabağ qazısı Əbülfət Babayev Natiqin qardaşı Nofəl Qasımov çıxış edərək Natiq haqqında xatirələrini bölüşüb,onun göstərdiyi misilsiz şücaətlərdən söhbət açıblar.

Mərasimdən sonra Natiq Qasımovun qonşuları onun ruhuna ehsan süfrəsi açıblar.

32 ildir taleyi naməlum olan , Xocalı rayonu (keçmiş Əsgəran) ərazisində dəfn edildiyi ehtimal olunan qəhrəman Natiq Qasımov yaşasaydı bu gün 53 yaşı olacaqdı. Lakin onun doğmaları 32 ildir Natiqin ad gününü Natiqsiz qeyd edirlər.Hələ də onun qardaşı Nofəl Qasımov qardaşının yoxluğuna inanmır. O,deyir ki,belə ad günlərinin birində Natiq gələcək…

Xatırladaq ki, Natiq Qasımov 1971-ci ildə Azərbaycan Respublikasının Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində anadan olub. Ermə¬nistan silahlı birləşmələrinin Azərbaycanın su¬veren ərazilərinə hücumu ilə bağlı 1991-ci ildə könüllü olaraq Ağdam rayonunda təşkil edilmiş “Qaradağ şahinləri” taboruna yazılaraq Vətənin müdafiəsində iştirak edib. 1992-ci il 12 martda Xocalı rayonu, Pirlər (Xramort) kəndi istiqamə¬tində gedən döyüşdə Ermənistan hərbçiləri tərə¬findən əsir götürülüb. Natiq Qasımov Xocalı rayonu, Pirlər kəndi yaxınlığında yüksəklikdə yerləşən Alban kilsə¬si uğrunda döyüş zamanı 6 döyüş yoldaşı həlak olduqdan sonra 5 gün ac-susuz orada qalaraq təkbaşına döyüşüb. Gülləsi qurtardığından 6-cı gün, 1992-ci il 12 martda rusiyalı və italiyalı jur¬nalistlər – Konstantin Smirnov və Enriko Sarzinin şahidliyi ilə Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb. Onun əsir götürülməsi faktı Rusiyada nəşr edilən “Oqonyok” jurnalının 1992-ci il 14 və 15-ci nömrələrində “Strax” adlı məqalədə təsvir edilib.

Bu gün də Natiq Qasımovun doğmalarının gözü yolda, qulağı səsdədir.

Sonda onu da qeyd edək ki,Azərbaycan bayrağını ləyaqətlə daşıyan igidimizə Azərbaycanın Milli Qəhrəmanı adı verilməsi məsələsinə Milli Məclisdə nə vaxt gündəmə gələcəyi gününü hər kəs səbrsizliklə gözləyir.

Esmira Hidayətova,

Mingəçevir