Bu məktəbdə Aprel döyüşləri: Şanlı Zəfərə aparan yol” mövzusunda seminar keçirilib-FOTOLAR

Aprel döyüşləri: Şanlı Zəfərə aparan yol” mövzusunda seminar keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK)Yevlax bölgəsi üzrə şöbəsinin və Mingəçevir şəhər 16 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə həmin məktəbdə “Aprel döyüşləri: Şanlı Zəfərə aparan yol” mövzusunda seminar keçirilib. Tədbirdə 16 saylı məktəbinin direktoru Aygün Quliyeva, DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov, Mingəçevir Dövlət Universitetinin tələbələri, Aprel döyüşləri şəhidlərinin valideynləri, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.Tədbirin əvvəlində müstəqillik uğurunda canlarından keçmiş şəhidlərin ruhu anılıbvə sonra Dövlət Himni səsləndirilib.

Çıxışlar zamanı Aprel döyüşlərinin baş vermə səbəbləri, 1994-cü ildə Azərbaycanla Ermənistan arasında imzalanan atəşkəsdən sonra ilk ən şiddətli döyüş olması, işğal olunmuş bəzi ərazilərin düşməndən azad olunması və bu döyüşlərin 44 günlük Vətən müharibəsi qabağı Azərbaycan hərbçilərinin hazırlıq vəziyyətinin yoxlanılması üçün baş məşq sayılması qeyd olunub.

Çıxış edən natiqlər 2020-ci ilin noybrında və sonrakı dövrdə əldə olunmuş qələbələrin qiymətini bilmək üçün millətimizin ağır günlərini həmişə xatırlamağın vacibliyini şagirdlərin diqqətinə çatdırıblar.

Tədbirdə aprel döyüşlərini xatırladan səhnəciklər və müxtəlif kompozisiyalar nümayiş olunub.

            

Esmira Hidayətova,

Mingəçevir

Mənbə: Kanal32.az