Cavid Vəkilov cəncləri belə təbrik etdi

“Bu gün Azərbaycanda Gənclər Günü qeyd olunur. Bu əlamətdar gün ölkənin ictimai, sosial və mədəni həyatında fəal iştirak edən gənclərə verilən dəyərin göstəricisidir.

Gənclər cəmiyyətin inkişafında mühüm rol oynayan əsas qüvvələrdən biridir. Onların biliklərə yiyələnməsi, təşəbbüskarlığı və məsuliyyətli mövqeyi ölkənin davamlı inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Müasir dövrdə gənclərin fəallığı və ictimai proseslərdə iştirakı cəmiyyətin gələcəyini müəyyən edən əsas amillərdəndir.

Gənclər Günü münasibətilə bütün gəncləri səmimi-qəlbdən təbrik edir, onlara təhsil və fəaliyyətlərində uğurlar, möhkəm iradə, sağlamlıq və gələcək həyatlarında nailiyyətlər arzulayıram.”

Gənc İctimai Fəal & Wikipedia Redaktoru
Azərbaycan WikiKönüllüləri Qrupunun Rəhbəri
Müvəkkil Hüquq Mərkəzi Könüllülər Departamentinin Rəhbəri