“Eko-TES” Ekoloji Tədqiqatlar və Maarifçilik İB yeni layihəyə start verdi

“Eko-TES” Ekoloji Tədqiqatlar və Maarifçilik İctimai Birliyi  Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə  Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “ İqlim dəyişikliyi sahəsində terminoloji lüğətin hazırlanması” adlı layihəyə start verib.

İctimai birlikdən Azbelediyye.az-a verilən məlumata görə layihənin əsas məqsədi iqlim dəyişmələri sahəsində informasiyaların daha əlçatan olmasını təmin etmək üçün Terminoloji lüğətin hazırlanmasıdır. Eyni zamanda iqlim dəyişmələri,ətraf mühitin qorunması, ekoloji problemlər və bu qəbildən olan fəaliyyətlərlə məşğul olan hökumət qurumları,QHT-lər və şəxslər arasında elmi əməkdaşlığın təşviqinə nail olmaqdır.

İqlim dəyişmələri sahəsində elmi məlumatların daha çox ingilis dilində olmasını nəzərə alsaq,layihə çərçivəsində hazırlanacaq lüğətin əhəmiyyəti ön plana çıxır. Bu da nəticə etibarı ilə ixtisaslaşmış QHT-lərə,mütəxəssislərin iqlim dəyişmələri ilə bağlı elmi informasiyaları əldə etməsinə, xarici elmi ədəbiyyatlara çıxış imkanlarını daha da asanlaşdırıacaq.

Qeyd edək ki, layihənin icra müddəti 4 aydır.Bu zaman ərzində terminoloji lügət kitabı hazırlanmaqla yanaşı İqlim dəyişmələri ilə bağlı 1 televiziya verilişi çəkiləcək və yerli media nümayəndələri ilə 1 görüş keçiriləcək.