“Eko-TES” İB-nin layihə çərçivəsində sonuncu verilişi yayımlanıb-VİDEO+FOTO

Eko-TES” Ekolji Tədqiqatlar və Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Su israfçılığı ilə mübarizə” layihəsini uğurla başa çatdırıb.

Azbelediyye.az  xəbər verir ki,İnqilab Şirinlinin təqdimatında EL və Kanal S televiziyalarında yayımlanan “Zamanında” verilişində Sudan qənaətlə istifadədə dövlətin və ictimaiyyətin qarşılıqlı məsuliyyəti mövzusunda daha bir müzakirə aparılıb. Layihə çərçivəsində ərsəyə gələn 2-ci verilişdə ekspert qismində Azərbaycan Texnologiya Universitetinin dosenti,Ekologiya üzrə fəlsəfə doktoru İrşad Abbasov, Mingəçevir Dövlət Universitetinin Fizika və Ekologiya kafedrasının müəllimi Gülmirə Məmmədova  və “Eko-TES” Ekolji Tədqiqatlar və Maarifləndirmə İctimai Birliyinin sədri Çingiz Nəzərov çıxış edib.

Veriliş zamanı mövzu ətrafında bir sıra vacib məsələlər müzakirə edilib. Ekspertlər bildiriblər ki, bu gün bəşəriyyəti narahat edən əsas həyati problemlərdən biri də qlobal istiləşmə fonunda səhralaşma və su çatşmazlığıdır. Ölkəmizdə su resursları o qədər də çox olmadığından sudan qənaətlə istifadə və su mənbələrimizin mühafizəsi ölkəmizdə ən prioritet sahələrdəndir.

Müzakirələrdə o da qeyd edilib ki, hökumət su qıtlığını qarşısını almaq üçün operativ və dayanıqlı addımlar atmalıdır.Mingəçevirdə içməli su təminatı qənatbəxş səviyyədə olsa da,bunu ölkənin 2-ci böyük şəhəri olan Gəncəyə şamil etmək olmaz. Qarabağda olan su ehtiyatlarımızdan ağllı və səmərli istifadə mövcud problemin həllində mühüm rol oynaya bilər. Ən önəmli məqam isə təbii ki,sudan qənaətlə istifadədə dövlətin və ictimaiyyətin qarşılıqlı məsuliyyəti dərk etməsi və bu məsuliyyəti bölüşməsidir.

O da vurğulanıb ki,Azərbaycan Respublikasının daxili suları Azərbaycan xalqının milli sərvətidir, əhalinin həyat və fəaliyyətinin əsası kimi istifadə edilir və qorunur, flora və faunanın mövcudluğunu təmin edir.

Azbelediyye.az Kanal32.az-a istinadən olduqca maraqlı müzakirlərin yer aldığı 3-cü-sonuncu verilişin tam versiyasını təqdim edir:

Bu televiziya verilişi “Eko-TES” Ekolji Tədqiqatlar və Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Su israfçılığı ilə mübarizə” layihəsi çərçivəsində hazırlanıb və verilişdə əks olunan fikir və mülahizələr müəllifə aiddir.

 

Kanal32.az