Erməni deputat: “Ermənistanın Qarabağla artıq heç bir əlaqəsi yoxdur”

“Ermənistanın artıq Qarabağla heç bir əlaqəsi yoxdur”.

Bu barədə Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının rəhbəri, iqtidaryönlü “Vətəndaş sazişi” fraksiyasının deputatı Eduard Ağacanyan “Factor-TV”yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, 44 günlük müharibə ilə əlaqədar Ermənistanın artıq “Qarabağ xalqının hüquq və azadlıqlarını, o cümlədən təhlükəsizliyini” təmin etmək imkanı və resursları qalmayıb.

“Obyektiv reallıqlar, təəssüf ki, dəyişib”, – deyə o bildirib.