Ermənistan açıq şəkildə bəyan edir: Qarabağa müqaviləli əsgərlər göndəririk – VİDEO

Ermənistan Müdafiə Nazirliyinin müqaviləli hərbi qulluqçuları Azərbaycan ərazisində hərbi xidmət keçəcək. Bu birmənalı bəyanatla Ermənistan Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin müavini Saak Saakyan çıxış edib.

Saakyanın bu çıxışı Ermənistanda müəyyən narahatlıq yaradıb və  Azərbaycan və Ermənistan arasında danışıqlar masasındakı çətin vəziyyəti daha da gərginləşdirdi. Bakının İrəvandan qarşılıqlı addımlar, sülh naminə kompromislər və nizamlanma prosesini sürətləndirmək üçün siyasi məsuliyyətli qərarlar gözlədiyi bir vaxtda, hərbi idarənin rəhbərliyi sülh prosesinin özünü təhlükə altına salan bəyanat verdi.

Saakyan səmimi etiraf etdi

Polkovnik Saakyan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisində hərbi mövcudluğunu saxlamaq niyyətində olan İrəvan hökumətinin aşkar hiyləgər planlarını ifşa edib. Belə bəyanatlardan sonra hansı sülhdən, hansı sazişdən danışmaq olar?

Müdafiə Nazirliyinin rəsmisi Ermənistan cəmiyyətindəki şübhə və narahatlıqları aradan qaldırmaq üçün Rusiya sülhməramlılarının məsuliyyət zonasına yeni çağırışçıların göndərilməsi ilə bağlı yayılan xəbərləri təkzib edib. Eyni zamanda o, Ermənistanın Qarabağa, Rusiyanın nəzarətində olan hissəsinə peşəkar döyüşçülər göndərəcəkləri ilə bağlı Azərbaycan hakimiyyətini  də xəbərdar edib..

Sual olunur – əgər həqiqətən Ermənistan  hər fürsətdə sülhə nail olmaq istəyirsə, o zaman niyə Qarabağda öz qoşun qruplaşmasını yerləşdirmək istəyir? Saakyanın bəyanatı bir məsələyə dəlalət edir – Ermənistan hökuməti  Azərbaycanın ərazi bütövlüyünü tanımır və bədnam, utopik  “miatsum” cinayət siyasətini davam etdirir.

Ermənistan qoşunları Qarabağa niyə gedir?

Bəs Rusiya sülhməramlıları hərbi əməliyyatların bərpası risklərini və təhdidlərini minimuma endirmək və eskalasiya ehtimalını aradan qaldırmaq məqsədi ilə oradadırsa nə üçün bu təxribata susur? Bu suala aydın cavab yoxdur. Çünki Rusiya Cənubi Qafqazda öv mövcudluğunu qorumaq üçün separatçı ermənilərdən maksumum istifadə edərək formalaşmış status-kvonu saxlamağa çalışacaqdır.

Moskva öz maraqları ilə manipulyasiya edərək  “nə müharibə, nə də sülh” vəziyyətini qoruyub saxlamaqla status-kvonu növbəti 30 ildə saxlamaq istəyindədir. Və o, öz işğalşı ordusunu  sülhməramlı qüvvə kimi deyil, regionda geosiyasi təsirini genişləndirmək üçün klassik hərbi baza hesab edir.

Əgər Moskva səmimi və qərəzsiz arbitr kimi çıxış etsəydi, o zaman, ilk növbədə, işğalçı Ermənistan qoşunlarının 10 noyabr 2020-ci ildən sonra nəzarət edilən zonadan tamamilə çıxarılmasına nail olardı.

Sual olunur – Ermənistan silahlı qüvvələrinin bölmələri Qarabağda olması nəyə görə lazımdır? Qarabağ ermənilərinin təhlükəsizliyini təmin etmək üçün? Belə olan halda təbii sual yaranır – əgər Ermənistan ordusu milli azlığın təhlükəsizliyinin təminatçısı kimi çağırılırsa, rus əsgərləri niyə oradadır?! Məntiqi nəticə odur ki, Rusiya və Ermənistanın hədəfləri:

1.Ermənistan ordusunu diriltmək;

2.Təxribatlar edərək məsələləri qızışdırmaq;

3.Münaqişənin bitmədiyini “nümayiş” etdirmək;

4.Dünya erməniliyinə və erməni əhalisinə status ilə bağlı sonuna qədər “mübarizə” aparacaqlarına mesajını ötürmək.

İkinci Qarabağ müharibəsindən əvvəl işğal olunmuş Qarabağda yerləşən Ermənistan Müdafiə nazirliyinin hərbi birləşmələri, həyasızcasına yerli erməni çağırışçılarından təşkil olunmuş qondarma “Qarabağ ordusu” kimi təqdim olunurdu. Ermənistan biabırçı məğlubuyyətdən sonra təkrarən Şərqi Zəngəzura əsgərlərini göndərmək istəyir.

Müharibə bitdi, lakin Ermənistan hələ də tam sülhə hazır deyil. Azərbaycan hər cür ekstremal vəziyyətə hazır olmalıdır.

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatını şərh edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin Departamentinin rəhbəri Leyla Abdullayeva Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Saak Saakyanın Azərbaycanın Qarabağ bölgəsində hərbi xidmətə çağırılanların müqavilə əsasında hərbi qulluqçularla əvəzlənəcəyi ilə bağlı bəyanatına münasibət bildirib.

L. Abdullayeva bildirdi ki, bu, Ermənistanın Azərbaycan ərazilərinə qanunsuz hərbi birləşmələrin göndərilməsinin növbəti etirafıdır:

“Bu, Ermənistan tərəfindən 9/10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarının kobud şəkildə pozulmasıdır. Xatırladaq ki, bu bəyanatın 4-cü maddəsinə əsasən, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərindən çıxarılır və paralel olaraq bu ərazilərdə Rusiya sülhməramlı kontingenti yerləşdirilir. Ermənistan rəsmilərinin bu açıqlaması Ermənistanın sülhdən danışmasının ikiüzlülükdən başqa bir şey olmadığını göstərir. Bu, həm də Ermənistanın təcavüzkar siyasətinin daha bir bariz təzahürüdür”.

Vahidov Qurban. Araşdırmaçı – analitik