Ermənistanı sülhə gətirən səbəblər- Böyük güclər isə…

Ermənistanı sülhə gətirən səbəblər-Qərbin və Rusiyanın siyasi nüfuz savaşı

Bakı və İrəvan arasında sülhün əldə edilməsi üçün ən mühüm hadisə İlham Əliyev və Nikol Paşinyan arasında BƏƏ- də – Əbu Dabidə keçirilən görüş oldu. Həmçinin, iyun ayında Paşinyanın İstanbula etdiyi səfər sırasında Türkiyə ilə əlaqələrin normallaşması üçün də apardığı danışıqlar əslində Bakı ilə münasibətlərin normallaşdırılmasına hesablanıb. Çünki hazırda Türkiyə həm də Cənubi Qafqazda güclü təsirə malik ölkədir. Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırsa, sərhəd gömrük buraxılış məntəqələri tam şəkildə fəaliyyətini bərpa etsə bu Azərbaycan ilə olan vəziyyətə yumşaldıcı təsir göstərəcək. Paşinyan höküməti hazırda bilir ki, Gümrüdə yerləşən Rusiya hərbi bazası hakimiyyəti devirmək və ölkəyə hərbi müdaxilə etməyi planlayır. İrəvan Bakı ilə razılığa gəlməsə və Sülh müqaviləsi imzalanmasa Rusiya üçün vəziyyəti gərginləşdirmək və Azərbaycan ilə sərhəddə təxribatlar törətmək üçün imkanlar aktiv olaraq qalır. Rusiyanın hazırda Ukraynada müharibəyə qüvvələrinin, bütün texnika və silah sursatının bu istiqamətdə sərf edilməsi, Avropadan gələn sanksiya paketləri əslində Qafqazı işğal ehtimalından azad edir. Rusiyalı bir çox hərbi müxbir və siyasi şərhçilər də açıq aşkar Azərbaycanı qeyri dost hətta düşmən ölkə adlandırır və Ukraynadan sonra ölkəmizə yönəlməyi planladıqlarını gizlətmirlər də. İqor Strelkovun bu yaxınlarda Rusiya KİV- lərinə verdiyi müsahibədə Prezident Cənab İlham Əliyevi düşmən adlandırmış, Moskvanın Azərbaycana olan nifrət və qara planlarını ,Ukrayna ilə müharibədən sonra bura hərbi müdaxilə etməyin vacib olduğunu bildirmişdir. Ermənistanın daxilində artıq revanşist qüvvələr olduğu kimi həm də ərazi iddialarından əl çəkənlər də var çünki, artıq İrəvan tərəfi başa düşür ki, Qarabağa yaxud digər ərazilərə iddialar irəli sürməklə düşmən mövqedə qalmaqla özünü blokadaya alacaq. Həmçinin, bu qüvvələr NATO -a qoşulmaq və Avropaya inteqrasiya etmək üçün Alyansın 5- ci maddə territorial münaqişəsizlik və qonşu ölkələrlə mənfi münasibətin olmaması əsasında Azərbaycan və Türkiyə ilə sülh və diplomatik normal münasibətlərə gəlmək istəyir. Paşinyanın 2018- ci ildə hakimiyyətə gəlməsini dəstəkləyən ABŞ və Qərb qüvvələri hazırda onu sülhə gəlmək və beləcə NATO- a açar əldə etmək şansı qazanmaq üçün “tələsdirir”.

Sabiq NATO Baş Katibi Anders Rasmussenin Ermənistana gəlməsi və Bakıya sülhə gəlmək üçün bəyanat ünvanlaması, İrəvanı müdafiə etməsi əslində Rusiyanın cənub sərhədlərində hərbi bazalar yaratmaq məqsədi daşıyır. Ukraynada artıq 3 il 4 aydır gedən müharibəyə NATO dan göndərilən texnika və sursat yetmir çünki, Rusiyanın Çin, Hindistan və digər anti Qərb ölkələr kimi ittifaqı tərəfindən iqtisadi və siyasi dəstəyi var. Üstəlik Koreyadan, başqa ölkələrdən muzdla göndərilən on minlərlə əsgər Ukraynada əsgər çatışmazlığını daha da ciddi edir. Üstəlik Qara dənizin Ukrayna sahillərinin böyük hissəsini nəzarətə alan Rusiya hərbi dəniz qüvvələri bu su hövzəsində üstünlüyü əldə etmiş sayılır. Böyük ölkələrdə misal üçün İran yaxud Çin kimi, ABŞ nin yarada biləcəyi istənilən münaqişə ocağı qlobal xarakter ala Vaşinqtonun da məsələyə qoşula biləcəyi və daxilində geniş sosial narazılıq dalğasına gətirib çıxara biləcəyin nəzərə alıb, post sovet ölkələrində hərbi baza yaratmaq, NATO raket və qüvvələri yerləşdirməklə əlavə münaqişələrlə Rusiyanı çökdürmək istəyir. Ermənistanın NATO- a qoşulması ilə Rusiyanın cənub əraziləri faktiki nəzarət dairəsinə düşəcək digər tərəfdən isə Azərbaycana qarşı da bu alyans fəaliyyət göstərə bilər. Türkiyə və Azərbaycan arasında yaxınlaşma fonunda bir neçə hadisə baş verəcək ki bu, böyük güclərin maraqlarına ziddir.

Birincisi, ABŞ Yaxın Şərqin idarəetməsini ələ almaq istəyir. Türkiyə isə Suriya və Fələstin kimi ölkələrin insani haqlarının qoruyucusu kimi çıxış edərək bölgədə humanitar fəlakətin yaşandığını Vaşinqton və Tel -Əvivə qarşı ultimatum şəklində bildirir, bu iki dövlətin ekspansiyasının qarşısını alır.

İkincisi, Turan İttifaqının qurulmasına qarşı ortada bufer zona yaratmaq Üçüncüsü, Zəngəzur ərazisində Bakı və Ankaranın iqtisadi yollara nəzarət etməsinə mane olub özünün burda yerləşməsini təmin etmək və bütün keçid məntəqələrini birbaşa və dolayı izləmək Ermənistanın Azərbaycanla sülh müqaviləsi bağlayıb NATO -a qoşulmayıb neytral ölkə statusu daşıması bölgə üçün tələb olunan ideal formadır.

Müəllif: siyasi şərhçi İsa İsmayılov