Fransa Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə nümayəndəsi Klement Bon deyib ki: “Ukrayna Avropa Birliyinə qoşulmazdan əvvəl ilk növbədə müharibə dayandırılmalıdır”.
Onun sözlərinə görə, Ukraynanın Avropa İttifaqına üzvlük şərtləri yalnız hərbi əməliyyatlar başa çatdıqdan sonra müzakirə edilməlidir.
Ukrayna Baş nazirinin Avropa və Avro-Atlantika inteqrasiyası üzrə müavini Olqa Stefanişina daha əvvəl bəyan etmişdi ki, Avropa İttifaqınnın üç ölkəsi Ukraynaya üzvlüyə namizəd statusunun verilməsinə qarşıdır.
Bloomberg iddia edir ki, Hollandiya və Danimarka Ukraynaya Aİ namizəd statusu vermək istəmədiklərini bəyan edirlər.
azbelediyye.az