Gəncə teatrı “X Beynəlxalq Teatr Festivalı”nda-FOTO

Gəncə Dövlət Milli Dram Teatrı növbəti Beynəlxalq Festivalda 7-15 avqust 2024-cü il tarixlərində Litva Respublikasının Druskininskaı şəhərində keçirilir.

“X Beynəlxalq Teatr Festivalı” artıq öz işinə başlayıb. Bu festivalda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Gəncə Dövlət Milli Dram Teatrı E. İoneskonun “Kral ölür” absurd keçid komediyası ilə iştirak edəcək.

‘Kanal32’yə bu barədə məlumatı Gəncə Dövlət Milli Dram Teatrının Ədəbi-hissə müdiri, teatrşünas-tənqidçi Anar Ərtoğrul Burcəliyev məlumat verib. Onun sözlərinə görə, 11 nəfərdən ibarət nümayəndə heyətinə teatrın direktoru Aqil Bəhramlı rəhbərlik edir.

Anar Ərtoğrul Burcəliyev bildirib ki, “Festivalda Polşa, Slavakiya, Latviya, Ukrayna və başqa dövlətlərin də teatrları öz tamaşaları ilə çıxışlar edəcək. Gəncə Dövlət Milli Dram Teatrının çıxışı isə 13 avqust saat 19:00-a (Bakı vaxtı ilə 18:00) təyin olunub.