JQA-nın layihəsi bir çox problemləri üzə çıxarıb-FOTOLAR

Azərbaycan Respublikası QHT-lərə  Dövlət  Dəstəyi Agentliyinin maliyyə  yardımı ilə Jurnalist Qadınlar Assosiasiyasının  “Sosial qruplara hüquqi yardımın təşkili” layihəsinin davamı olaraq növbəti “Dəyirmi masa” keçirilib.

“Dayaq” Vətən Müharibəsi Əlilləri və Şəhid ailələrinə dəstək  ictimai birliyinin ofisində baş tutan tədbirdə  şəhid ailələri, qazilər və müharibə veteranları iştirak edib.

azbelediyye.az-xəbər verir ki,toplantını giriş sözü ilə açan ev sahibi “Dayaq” Vətən Müharibəsi Əlilləri və Şəhid ailələrinə dəstək  ictimai birliyinin rəhbətri Qalib Əliyev görüş iştirakçılarına hökümətin yürütdüğü sosial siyasət barədə məlumat verdi. O  Jurnalist Qadınlar Assosiasiyasının fəaliyyətini-sosial qruplara hüquqi yardımın təşkili  işini yüksək qiymətləndirdi.

Tədbirdə çıxış edən  Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri Sevil Yusifova da öz növbəsində ev sahiblərinə minnətdarlığını bildirdi. Dəyirmi masada iştirak edən dinləyiciləri  Zəfərimizin ikinci il dönümü münasibətilə  təbrik etdi. Xanım Yusifova Azərbaycan Respublikası QHT-lərə  Dövlət  Dəstəyi Agentliyinin milli məsələrə həssas yanaşdığını və son illər qurumun prioritet mözvuları sırasında məhz sosial qrupların maarifləndirilməsi məsələsinin olduğunu dilə aldı. Sonra o “Sosial qruplara hüquqi yardımın təşkili” layihəsinin məqsəd və vəzifələri bardə məlumat verdi. S.Yusifova o cümlədən  indiyə kimi görülən işlər barədə də danışdı. O bildirdi ki, ölkədə həyata keçirilən sosial islahatlar və sosial dəstək proqramları müharibə iştirakçılarını əhatə edir. Məhz Vətən müharibəsində əldə etdiyimiz qələbə münasibətilə Azərbaycan Respublikasının qanunlarından bir qisminə dəyişikliklər edilib. Bu dəyişikliklər müharibə iştirakçılarının, şəhid ailələrinin rifah halının yaxşılaşdırılması məqsədi ilə görülüb.

S.Yusifova sosial mediyada rast gəldiyimiz narazılıqlar haqqında da söhbət acdı. O dedi ki, bir qisim insanlarımızın məlumatsızlığı, qanunvericiliklə onlara verilən hüquqlardan xəbərsiz olması  cəmiyyətdə çaşbaşlıq yaradan informasiyaların yayılmasına gətirib çıxarır.   Bəzi vətəndaşlarımız öz hüquqlarını bilməməsi səbəbindən üzləşdiyi “maneələrin” həlli yollarını sosial mediyada ictimailəşdirməkdə görür. Bu və digər səbəbləri analiz etdikdə o nəticəyə gəlirik ki, toplumda həssas qrupların  maarifləndirilməsi zərurəti mövcuddur. Biz hüquqi yardımların təşkili ilə cəmiyyətə töhfə verə bilərik.

Toplantıda çıxış edən  Qazi Şirinov Ramin bir neçə istiqamətdə hökümətin  apardığı uğurlu fəaliyyətdən, qazi və şəhid ailələrinə göstərdiyi  yardımlardan, ev və maşınların təqdim olunması, torpaq sahələrinin verilməsi, xırda sahibkarlıq üçün yradılan şəraitdən danışdı.

Dəyirmi masada iştirak edən qazi Şəkərov Qadir, Hüseynəliyev Həmzə, Əhmədov Emil,  Qurbanov Rauf, Cavadov Mətin bildirdilər ki, onların həm ev problemləri var, həm də işsizdilər. Müxtəlif təşkilatlara ünvanladıqları müraciətlər həllini tapmır. Çıxış edənlər ən çox  işsizlikdən əziyyət çəkdiklərini  və əlillik təqaüdlərinin dayandırılmasından danışdılar. Əksər  müharibə iştirakçıları bəzi məmurların biganəliyindən və bəzi şavadsız kadrların yarıtmazlıqlarından da gileyləndilər.

Müfəttiş Hüquq Mərkəzinin sədr müavini, “Sosial qruplara hüquqi yardımın təşkili” layihəsinin  eksperti Mobil Vəkiloğlu sosial qruplara verilən güzəştlərdən, imtiyazlardan danışdı. Toplantıda müzakirələrə qatılan hüquqşünas  Azər Səfərov çıxış edərək, hər bir döyüşçünün probleminin hüquqi müstəvidə həlli üçün tövsiyyələrini verdi. Dövlətimizin, xalqımızın  hər zaman qazi və şəhid ailələrinin yanında olduğunu söylədil.  Azər Səfərov və Mobil Vəkiloğlu iştirakçıların  suallarını  cavablandırdılar və problemlərin həlli yollarını izah etdilər

Dəyirmi masanın sonunda  “Dayaq” Vətən Müharibəsi Əlilləri və Şəhid ailələrinə dəstək  ictimai birliyinin sədr müavini Məcid Məmmədov təmsil olunduğu qurum adından bir sıra təkliflər verdi. O bu cür platformlarda müzakirələrin faydalı olduğunu və layihənin icra müddəti bitdikdən sonar da birgə əməkdaşlığın faydalı olacağından danışdı.

Müzakirələrə bitdikdən sonar  şair-publisist Zərəngiz Dəmirçi Qayalı bacısı, Milli Ordunun könüllü döyüşçüsü  Vəfa Dəmirçioğlunun  məşəqqətli ömür yolundan danışdı, bacısına və şəhidlərə həsr etdiyi şeirləri oxudu.