“Qafqazinfo” xəbər verir ki, Müdafiə Nazirliyinin Kəlbəcərdəki “N” saylı hərbi hissəsində bədbəxt hadisə baş verib.
Dünən saat 16:30 radələrində Çopurlu kəndi yaxınlığında 2003-cü il təvəllüdlü, əsgər Əliyarov Riyad Məmməd oğlu hərbi hissənin ərazisində elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğu araşdırmalara başlayıb.