“Kanal32″nin əməkdaşı bələdiyyə üzvlüyünə namizəd oldu-FOTO

Media təmsilçisi bələdiyyə seçkilərində namizəd oldu.

Xəbər verdiyimiz kimi 29 yanvar 2025-ci il tarixdə ölkəmizdə növbəti dəfə Bələdiyyə seçkiləri keçiriləcək. Artıq namizdəliyi qeydə alınmış şəxslər təbliğat-təşviqat kampaniyasına başlayıb. Seçkilərə maraq o qədər də ürəkaçan olmasa da, bəzi bölgələrdə aktivlik nümayiş olunur. Mingəçevir şəhərində də 19 üzv uğurunda xeyli sayda namizəd öz gücünü sınmaqda israrlıdır.

Azbelediyye.az-ın məlumatına görə diqqətçəkən namizdələrdən biri də “Kanal32” Media Şəbəkəsinin əməkdaşı Əfqan Kamil oğlu Şirinovdur.

Oxucuların və seçicilərin marağını nəzərə alaraq namizəd Əfqan Şirinovun tərcümeyi-halnı təqdim edirik:

Şirinov Əfqan Kamil oğlu 13 aprel 1970-cu ildə Mingəçevir şəhərində fəhlə ailəsində anadan olub. 1985-1987-ci illərdə Mingəçevir şəhər 39 №-li Orta Texniki Peşə məkətbinı fərqlənmə diplomu ilə bitirib. 1988-1990-cı illərdə RSFSR-də hərbi xidmətdə olub.

1996-2000-ci illərdə Bakı Biznes Universitetinin Hüquqşünaslıq fakültəsinı bitirib.

Əmək fəaliyyətinə Mingəçevir şəhərində başlayıb. 1991—1993-cü illərdə  Mingəçevir DRES-də çilingər, 1997-1998-ci illərdə Mingəçevir Spirtsiz işçkilər zavodunda usta,1998-2000-ci illərdə “Avkilon” Qapalı Səhmdar Cəmiyyətində hüquq məsləhətçisi, 2002-2006-cı illərdə Qəbələ RLS-in Analitik İnformasiya Mərkəzində Hərbi qulluqçu vəzifələrində işləyib. 2006-cı ildən fərdi sahibkalıq fəaliyyəti ilə məşğuldur. 2018-ci ilin iyul ayından indiyədək Kanal32.az saytında Hüquqi məsələlər üzrə xüsusi müxbir işləyir.

    Heç bir siyasi partiyanın üzvü deyil. Ailəlidır, bir övladı var.

Qeyd edək ki,namizədin seçki şüarı da maraqlıdır.

-Səsinizi eşidənə, yerinizi bilənə SƏS VERİN!

-Yeniliyə, inkişafa, Sizi təmsil edənə SƏS VERİN!

Biz də “Azərbaycan Bələdiyyəsi” onlayın qəzeti olaraq bütün namizədlərə sağlam mübarizə,şəffaf seçki və uğurlar arzulayırıq!