23/06/2002-ci il tarixdə, Mingəçevir şəhəri “Kür” Olimpiya Tədris-İdman Mərkəzində, 26 iyun “Silahlı Güvvələr Günü”nə həsr olunmuş Akademik avarçəkmə üzrə, 2008-2010 təvəllüdlü Yeniyetmə idmançılar arasında Uşaq Gənclər İdman Məktəbinin acıq birinciliyi keçirilmişdir. Yarışlar 1000 metr məsafədə iki (2) nəfərlik və dörd (4) nəfərlik qayıqlarda baş tutmuşdur. Yarışların sonunda qaliblər Fəxri Fərman ilə mükafatlandırıldı.
Neçə illərin durğunluğundan sonra avarçəkmə idman növü üzrə yarışların keçirilməsi çox sevindiricidir. Dövlətimizin milyonlar xərcləyərək müasir standartlara cavab verən tikdirdiyi “Kür” Olimpiya Tədris-İdman Mərkəzindən təssüflər olsun ki, keçən illər ərzində milli idmançıların yetişdirilməsi istiqamətində heç bir fəallığı müşahidə etmədik. Bununda səbəbkarı yəqin ki, keçmiş Milli Avarçəkmə Federasiyası və onun prezidenti Elçin Zeynalovun fəaliyyətsizliyi olmuşdur. Kənardan legionerlər dəvət olunurdu, onlara çox yüksək maaş verilirdi ki, ölkəmizi Beynəlxalq yarışlarda təmsil edərək uğurlu nəticələr əldə etsinlər. Təəssüflər olsun ki, legionerlərə istinad edilməsi özünü doğrultmadı, onların Beynəlxalq yarışlarda iştirakı zəif oldu. Legionerlərin federasiyadan göndərilməsindən sonra bu sahəyə rəhbərliyin “marağı” azaldı. Deyilənlərə görə Federasiyanın “marağının”azalmasına səbəb legionerlər üzərindən artıq əlavə gəlir mənbələrindən məhrum olması olmuşdur.
Nəticədə, Azərbaycan avarçəkmə idmanı növü, 8-10 il yerli idmançıların yetişdirilməsində geri düşdü. Dünyanın hər yerindən, xüsusən qış aylarında xarici idmançılar gəlir, təlim-məşq toplanışını burada tamalayır, Azərbaycandan isə 1 idmançı tapmaq olmurdu ki, yarışlara göndərilsin.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov təyin olunandan sonra Federasiyada umumi canlanma hiss olunur, əməkdaşlar, məşqçilər fəallaşıblar.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası işğaldan azad olunan torpaqlarımızda ilk beynəlxalq idman yarışı təşkil etdi. Ümumilli lider Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr edilən “Prezident kuboku-2022” beynəlxalq reqatasının ilk yarış günü mayın 6-sı işğaldan azad olunmuş Suqovuşan (kayak və kanoe) qəsəbəsində baş tutdu. Mayın 7-si isə Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində (akademik avarçəkmə) yarışlar təşkil olundu. “Prezident kuboku-2022”-də Azərbaycanla yanaşı Gürcüstan, Moldova, Türkiyə və Özbəkistan komandaları iştirak etdilər.
Yarışların qaliblərini təbrik edirik. Çalışqan, əzmkar, qalib gəlmək istəyi ilə böyük zirvələr fəth etsinlər. Qarşınıza məqsədlər qoyun və onlara mətanət və bacarıq göstərərək əzmlə nail olun! Həmişə formada olun və həmişə sağlam olun, çünki idmançı üçün bu çox vacibdir!
Uğurlar yeniyetmə idmançı!
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədova Mingəçevirlilər adından təşəkkürümüzü bildiririk. Ötən illərdə baza daxil olanda səssizlikdən qulaq tutulurdu, indi isə Maşallah olsun, bazada hər yerdə canlanma, yeniyetmə idmançılar və yarışlar görürsən. Bu səbəbdəndən Mingəçevirlilər Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədova təşəkkürlərini bildirir.
Qurban Vahidov. Araıdırmaçı – analitik