Mingəçevir bələdiyyəsi Qarabağ müharibəsi veteranlarının qəbri üzərinə məzar daşları qoyulub.
Mingəçevir bələdiyyəsi 1-ci Qarabağ müharibəsi veteranı Şirinov Qaryağdı Şirin oğlunun və onun oğlu 2-ci Qarabağ müharibəsi veteranı Şirinov Namaz Qaryağdı oğlunun məzarüstü abidələrini hazırlayaraq dəfn olunduqları şəhərin “Havarlı” adlanan qəbiristanlığında yerləşdirib.
Bununla əlaədar qəbirstanlıqda bələdiyyənin üzv və qulluqçularının iştirakı ilə mərasim keçirilib. Mərasim şəhid və mərhumların ruhuna Quran oxunmaqla başlayıb.
Bələdiyyənin sədri Ramiz Əliyev bələdiyyənin fəaliyyəti dövründə həyata keçirdiyi sosial layihələrdən ən önəmlisinin şəhid və qazi ailələrinə göstərilən qayğının olduğunu bildirdi. O dedi ki, belə savab işlərdən birini də bu gün ata-bala qazilərin məzarüstü abidələrinin düzəldilməsi ilə reallaşdırdıq. Şəhid ailələr Cəmiyyətinin sədri, bələdiyyə qulluqçusu İranə Həsənova respublikamızda şəhid və qazi ailələrinə göstərilən ehtiramdan danışdı. Bildirib ki, Azərbaycan dövləti şəhid ailələrinə, qazilərə hər zaman humanist yanaşma ortaya qoyub. O, bələdiyyənin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirdi.
Onu da qeyd edək ki, Namazın yas mərasimlərinin keçirilməsində böyük əməyi olan Gənc Qazilər Ib Mingəçevir sədri Namiq Ibrahimli və ona dəstək olan Mingəçevir şəhər Şəhid ailələrinə,Mingəçevir şəhərinin qazilərinə,Maddi və mənəvi dəstək olan adının burda çəkilməsini istəməyən Nur şəhəri Mingəcevirimizin mərd oğulları, hər iki qəhramanın Birinci qarbağ müharibəsinin iştirakçısı Ata Şirinov Qaryağdı Şirin oğlunun və 2 ci Qarabağ Müharibəsinin iştirakçısı Şirinov Namaz Qaryağdı oğlunun məzar daşlarının hazırlanması üçün öz göstərişlərini verən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və bu tapşırığı yerinə yetirən Mingəçevir Bələdiyyəsinin sədri Ramiz Əliyev məzar daşını hazırlayan sənətkarlara və əməyi olan digər insanlara minnətdarlığımızı bildiririk.
Esmira Hidayətova,
Mingəçevir