Mingəçevir Dövlət Dram Teatrı 58-ci teatr mövsümünü açıq elan edib-FOTO

Mingəçevir Dövlət Dram Teatrı 58-ci teatr mövsümünü açıq elan edib.

Azbelediyye.az-a verilən məlumata görə teatr açılış mövsümünə yazıçı Qriqori Qorinin “Herostratı unudun” pyesi əsasında eyniadlı tamaşa ilə teatrsevərlərin görüşünə gəldi. Tərcüməsi yazıçı Elçin Hüseynbəyliyə məxsus olan əsər rejissor Emin Mirabdullayevin traktovkasında səhnəyə qoyulub.

Teatr öz pərdələrini açmazdan öncə mövsümün açılışı ilə əlaqədar olaraq teatrın direktoru səlahiyyətlərini icra edən Vəfadar Rəhimov , Gəncə Dövlət Milli Dram Teatrının ədəbi dram hissəsinin rəhbəri, teatrşünas, tənqidçi Anar Ərtoğrul Bürcəliyev, Teatrın Bədii şurasının üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü şair Elşən Əzim,Prezident mükafatçısı, Mingəçevir Modern Teatrın bədii rəhbəri, kino və teatr rejissoru Cavid Təvəkkül çıxış edərək təbriklərini kollektivə çatdırıblar.

Daha sonra Mingəçevir Dövlət Dram Teatrının aktyorları tamaşanı çox böyük ustalıqla,möhtəşəm şəkildə tamaşaçılara çatdırıblar. Tamaşa auditoriya tərəfindən rəğbət və alqışlarla qarşılanıb.

Kanal32.az