Mingəçevir Dövlət Dram Teatrı yaradıcı heyəti Talış kəndində-FOTOLAR

İşağaldan azad olunmuş Tərtər rayonu Talış kəndində ilkə imza atılıb.

Kanal32.az-a verilən məlumata görə Mingəçevir Dövlət Dram Teatrının yaradıcı və aktyor heyətinin iştirakı ilə Tərtər rayonu Talış kənd tam orta məktəbində aşağı sinif və bağça şagirdləri üçün “Cırtdan” kukla tamaşası nümayiş olunub.

Uşaqlar və aşağı sinif şagirdləri rəngarəng tərtibat və geyimi, cəlbedici rejissor yozumu, baxımlı aktyor oyunu və oynaq musiqisi olan kukla tamaşasına böyük maraqla baxıblar.